{category-title}

Ağdamın icra başçısı çıraqla axtarılır... - İDDİA

 Ağdamdan oxucular yazırlar ki, Rayon İcra Hakimiyyətinə qəbula gedəndə başçı Vaqif Həsənovu kabinetində tapmırlar. 

Onların sözlərinə görə, nə vaxt Ağdam RİH-nə getsələr, V.Həsənovun otağında olmadığı bildirilir. Sakinlər qeyd edirlər ki, V.Həsənova Ağdamın icra başçısı təyin olunduğu gündən iş kabinetində nadir halda rast gəlinər.

Bu, analoqsuz müsbət hadisədir. Oxucular yazırlar ki, səbəb icra başçısının kabinetində oturmayıb görüşlərə getməsidir. 

V.Həsənov qapı-qapı, ev-ev, kənd-kənd gəzərək ağdamlıların problemləri ilə maraqlanır, görüşlərdə qaldırılan məsələlərin yerindəcə həllinə tapşırıqlar verir.

Sakinlər bildirirlər ki, V.Həsənov Ağdam rayonunun ən yaxşı icra başçısı kimi qiymətləndirilə bilər. Çünki təyinat aldığı gündən ən kiçik problemə də laqeyd qalmayıb, əhali ilə işləyir, prezidentin islahatlar kursuna uyğun fəaliyyət göstərir. O da öz növbəsində yerli camaatı sevindirir. 

Hətta Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı şəhəri Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib. 

Yəni, heç bir ağdamlının probleminə biganə qalmır, onların dərdlərinə şərik çıxır. Bu baxımdan Ağdam RİH-nə gedənlər icra başçısı kabinetində tapmırlar, görüşlərdə olduğunu öyrənirlər.

Halbuki, bir çox rayonların rəhbərləri kabinetindən tərpənmirlər, köməkçilərinə obyektlərdən pul yığmaq tapşırığı verirlər. 

Vaqif Həsənov isə bir yerdə dayanmır, Binəqədidə yaşayan köçkünlərdən əlavə, Sumqayıt şəhərində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkünlərlə də növbəti səyyar qəbul-görüş keçirib. Məhz əhalinin və porezidentin də görmək istədiyi məmur belə olmalıdır. Prezident istəyir ki, vətəndaşlardan ona şikayət gəlməsin, yerli nümayəndəsi araşdırsın, sakinlər də arzulayır ki, onların problemlərini həll edən başçı olsun, Prezident Administrasiyasına məktublar yazmağa məcbur qalmasınlar. 

O baxımdan qısa müddətdə Vaqif Həsənov böyük etimad qazanıb, aktiv işləyir, Ağdam camaatı razılıq edir. Nə deyirik, təki həmişə kabinetində yox, xalqın, ağdamlıların içində tapılsın...
Conflict.az
 

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər