{category-title}

Salyanın hərbi komissarı Namiq Osmanov maddi durumu ağır olan məcburi köçkündən nə istəyir? - FOTO

 

Füzuli rayonundan olan məcburi köçkün Hacıyev Yasin Cahangir oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin rəisi Namiq Osmanovdan şikayətçidir. Bu barədə o Bolgexeber.com-a müraciətində bildirib.
Belə ki, Yasin Hacıyevin bildirdiyinə görə keçən ilin noyabr ayında o idarə etdiyi 50 CF 961 Ford Transit avtomobili ilə Salyan rayonu ərazisində hərəkət edərkən qəza törədib və nəticədə qarşı tərəfin Land Rover Discovery markalı 99 FF-088 nömrəli avtomobili zədələnib. Hərbi komissarın avtomobili evakuatorla Bakıdakı,ona yaxın olan avtomobil servisinə aparılıb . Namiq Osmanov avtomobilini ,sığorta təşkilatının dəymiş ziyan haqda müəyyən etdiyi məbləğ haqda qərarını gözləmədən özbaşına servisdə ustalara düzəltdirib.Yasin Hacıyevə isə bəyan edilib ki, avtomobilə 13500 manat ziyan dəyib və Yasin Hacıyev tələb olunan,çəkilən xərci ödəməllidir.

Halbuki,dəymiş ziyanı hərbi komissar Namiq Osmanov özü yox,müvafiq sığorta qurumu müəyyən etməlidir.Son nəticədə Namiq Osmanovun deyilən şişirdilmiş məbləği ödəməyə imkanı olmadığından və o bunun ədalətsiz olduğunu hesab etdiyindən iş məhkəməyə göndərilib. Yasin Hacıyevin Bolgexeber.com-a bildirdiyinə görə avtomobilə real olaraq heç 6000 manat ziyan dəyməyib.Bundan başqa Yasin Hacıyev düşünür ki,Namiq Osmanov hərbi komissar olaraq vəzifə səlahiyyətindən,tutduğu mövqedən və şəxsi əlaqələrinə arxayındır və bunlardan istifadə edərək məhkəməyə təsir etməyə çalışır.Bununla o imkansız məcburi köçkünə qarşı haqsızlıq edir ki,bu da onun tərəfindən nə mənəvi,nə də hüquqi çərçivəyə sığmayan əməldir.
“Hesab edirəm ki, hərbi komissar Namiq Osmanovun məndən tələb etdiyi məbləğ çox şişirdilib. Mənim maddi vəziyyətim son dərəcə ağırdır . Gəlib mənim yaşayışıma da baxa bilərlər.Mən 350 manat maaşa sürücü işləyirdim . Çətinliklə ailəmi dolandırıram . Mənim o qədər pulu ödəməyə imkanım qətiyyən çatmır. Gəlsinlər mənim yaşayış durumuma , evimin şəraitinə baxsınlar ,ondan sonra şişirdilmiş o qədər pulu məndən tələb etsinlər. Əgər məhkəmədə mənim bu işimə ədalətlə baxılmasa mən ailəmi,uşaqlarımı da götürüb gedəcəm bibaşa Prezident Aparatının qabağına şikayətə ki,dövlət məmurları məni qoymur yaşamağa. Mənim evim yox,işim yox,bir tərəfdən də polkovnik-leytenant Namiq Osmanov məni çox incidir,məhkəmələrdə süründürür,məndən böyük miqdarda pul tələb edir. Mən hörmətli cənab prezidentdən mənə edilən bu haqsızlığa qarşı tədbir görülməsinə göstəriş verməsini xahiş edirəm. ”,-şikayətçi bildirib.(Bolgexeber.com)

Salyanın hərbi komissarı Namiq Osmanov maddi durumu ağır olan məcburi köçkündən nə istəyir? - FOTO
Salyanın hərbi komissarı Namiq Osmanov maddi durumu ağır olan məcburi köçkündən nə istəyir? - FOTO
Salyanın hərbi komissarı Namiq Osmanov maddi durumu ağır olan məcburi köçkündən nə istəyir? - FOTO

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər