{category-title}

 

 

Bu gün sonuncu - İlaxır çərşənbədir

 


Bu gün Azərbaycanda Novruz Bayramının sonuncu, yəni İlaxır Çərşənbəsi qeyd olunur.

Sonuncu çərşənbəyə həm də Yer çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır Çərşənbə kimi tanınır.

Torpaq Çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və yenilənir. Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır - ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.

Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapı pusmağa, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb “şal atma” mərasimini icra edirlər. Şal atılandan sonra gizlənirlər. Bunun da xüsusi mənası var. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür. Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir.

Qeyd edək ki, bu il Novruz bayramı ilə əlaqədar ölkə ərazisində 9 gün qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, bu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri kimi müəyyən edilib. Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərarına əsasən, həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə iş və istirahət günlərinin tarixləri dəyişdirilir.

Bu il də martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən martın 25 və 26-sı da qeyri-iş günü olacaq. Martın 27 və 28-i isə həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq, 9 gün, yəni 20-28 mart qeyri-iş günü olacaq.

Son xəbərlər

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

Azərbaycandan tranzit keçməklə Ermənistana 1049 ton buğda göndərildi

Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başlayıb

Qobustanda maşın işıq dirəyinə çırpılıb, sürücü ölüb

NYT: ABŞ Kubanın rəhbəri vəzifəsinə namizəd axtarır

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Bütün xəbərlər