{category-title}

Məşhur meyxanaçının məhkəmə işi: “İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracam”
Tanınmış meyxanaçı Rəşad Dağlı tərəfindən öldürülən İskəndər Mehdiyevin hüquqi varisi qismində tanınan şəxsin kimliyi məlum olub.
Mərhumun qardaşlarından biri Etibar Mehdiyev zərərçəkmişin hüquqi varisi kimi işə cəlb edilib. Belə ki, Rəşad Dağlı ilə görüşməzdən əvvəl İskəndər Mehdiyevin yanında məhz Etibar Mehdiyev olub. Onların telefon danışıqlarına şahidlik edib.
“Qafqazinfo” E.Mehdiyevin ibtidai istintaq müddətində verdiyi ifadənin məzmunu barədə bir sıra detalları da əldə edib.
Məlum olub ki, Etibar İskəndərlə Rəşad Dağlının görüşəcəyindən xəbərdar olsa da, onların bıçaqlı mübahisə edəcəyini düşünməyib: “Biz ailədə üç qardaşıq. İskəndər balacamız idi, subay idi. Bizimlə eyni ünvanda yaşayırdı. Uşaq yaşlarında üstünə dəmir darvaza aşdığı üçün başından ağır xəsarət almış, psixikası pozulmuşdu. Hətta buna görə ona əlillik də verilmişdi, təqaüd alırdı. Qardaşım narkotik istifadəçisi olduğuna görə üç dəfə məhkum edilmişdi. Lakin heç kimlə düşmənçiliyi yox idi.
Rəşadı uşaq yaşlarından tanıyırıq, babası bizimlə qonşu olub. Münasibətimiz yaxşı olub, dəfələrlə evimizə gəlib-gedib. Son 3-4 ildə gediş-gəlişimiz azalsa da, münasibətimiz normal idi, mehriban olmuşuq.
İskəndər həbsdən təzə çıxmışdı. Çıxandan 1-2 gün sonra Rəşadı axtarmağa başladı, amma tapa bilmədi. Sonradan bildim ki, İskəndər Rəşadın nömrəsini tapıb zəng vurub. Noyabrın 8-dən 9-a keçən gecə saat 4 radələrində İskəndər dedi ki, Rəşad bizə gələcək, evdə oturacaqlar. Hətta çay da qoydu. Az sonra Rəşad İskəndərə zəng elədi. Telefon danışıqlarından başa düşdüm ki, birlikdə harasa gedəcəklər. Telefonu söndürəndən sonra İskəndər aqressivləşdi. Ondan nə baş verdiyini soruşanda dedi ki, Rəşad barədə xoşagəlməz söhbət var, onlar bir yerdə söhbətə gedəcəklər. Soruşdum ki, nə məsələdir, bir kəlmə dedi ki, üzdəniraq söhbətidir. İskəndər dedi ki, “Rəşad çaşsa, onu vuracağam”. Mən İskəndərlə Rəşadın münasibətinin yaxşı olduğunu bildiyim üçün onun Dağlını vurmaq barədə dediklərini ciddiyə almadım”.
 
Hüquqi varis ifadəsində Rəşad Dağlıya qarşı şikayət və tələbləri olmadığını deyib: “İskəndər evdən çıxanda dedi ki, “Rəşad bu söhbəti həll eləməlidir”. Həmin vaxt bunu başa düşməmişdim. Hadisədən sonra bildim ki, İskəndər söhbəti həll eləmək deyəndə kimisə susdurmağı nəzərdə tuturmuş. Yəni, qardaşım Rəşada kiməsə susması üçün pul vermək lazım olduğunu deyib.
Qardaşımla uzun danışmağa imkanım olmadı, az sonra evdən çıxdı. Onların arasında dava olacağını bilsəydim, getməsinə icazə verməzdim. Evdən çıxanda ancaq telefonunu götürdü. Bir neçə saat sonra qohumlar zəng vurdu ki, mətbuatda İskəndərin Rəşad Dağlı tərəfindən öldürüldüyünü görüblər. Dərhal hadisə barədə maraqlandım və məlumatın düz olduğunu öyrəndim. Mən və ailə üzvlərimin hər hansı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq”.
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İskəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) cinayət işi açılıb. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılır.
“Qafqazinfo”

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər