{category-title}
Kriminal
26.06.2021, 17:50
Xırdalan bazarında yanğın olub
Abşeron rayonunun Xırdalan şəhərində bazar ərazisində yanğın olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində bazar ərazisində 5 m² sahədə piştaxta və plasmas su çəni yanıb.