{category-title}

Türkiyəli ekoloq: "TANAP və STAR-da ətraf mühitin qorunmasına həssas yanaşılıb"

 

 

"Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və STAR neft emalı zavodu layihələrində ətraf mühitin qorunması məsələsinə həssas yanaşılıb".

Bunu "Report"a Türkiyənin Ekologiya Mühəndisləri Palatasının sədri Baran Bozoğlu bildirib.

Onun sözlərinə görə, bu məsələdə əlavə olaraq istifadə olunan ətraf mühiti çirkləndirməyən texnologiyaları da vacib rol oynayıb: "STAR neft emalı zavodunun təmizləmə qurğuları və tullantılara da əhəmiyyətli investisiyalar yatırdığını müşahidə edirik. Bu layihələr texnologiya transferi və biliklərin artırılması baxımından önəmli rola malikdir. Bu cür investisiyalarla insan resursları sahəsində də irəliləyiş əldə olunur.TANAP və STAR kimi böyük layihələr məşğulluğa da töhfə verir".

Baran Bozoğlu bildirib:

"Bu layihələrdə istifadə olunan ətraf mühiti çirkləndirməyən texnologiyalar vacibdir".

Qeyd edək ki, TANAP konsorsimunun məlumatına görə, boru kəməri boyunca həssas bölgələr müəyyənləşdirilib. İşlər nəticəsində daha əvvəllər bilinməyən 9 böcək, 1 bitki növü aşkarlanıb. Həssas bölgələrin və təbii qaynaqların zərər görməməsi diqqətə alınıb və beləcə, ətraf mühitə təsirlərin əvvəlcədən qarşısının alınması və ya uyğun olaraq azaldılması təmin edilib.

STAR-da da işlərin ətraf mühitə təsirlərinin mütəmadi olaraq yoxlanıldığı və dünya standartında nümunəvi işlər görüldüyü bildirilir.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir. 2018-ci il iyunun 12-də TANAP-ın Türkiyə üçün qaz nəqlini nəzərdə tutan hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.

STAR neft emalı zavodu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Türkiyədə həyata keçirilən investisiyalardan biridir. Ötən il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir.

Son xəbərlər

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Qəbələ və Bakının iki rayonunda qaz olmayacaq

Bütün xəbərlər