{category-title}

Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb - Statistika


Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ildə ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü illə müqayisədə 8,7 faiz və ya 5,44 milyard manat artaraq 67,64 milyard manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 62,2 milyard manat olub.

Bununla bağlı Tehlil.az məlumat yayıb.

Son illərin göstəriciləri əhalinin pərakəndə ticarət məqsədilə xərclədiyi vəsaitin davamlı artım tendensiyası nümayiş etdirdiyini göstərir. Bu artımın əsas səbəbləri sırasında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində baş verən yüksəliş, eləcə də orta aylıq əməkhaqqı və pensiya məbləğlərinin artması xüsusi yer tutur.

Son beş ilin müqayisəli təhlili göstərir ki, 2025-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 23,42 milyard manat və ya 53 faiz artıb.

Son beş il ərzində həm ərzaq, içki və tütün məhsullarının, həm də qeyri-ərzaq məhsullarının pərakəndə ticarət dövriyyəsində hər il davamlı artım müşahidə olunub. Belə ki, 2021-ci ildə ərzaq, içki və tütün məhsullarına 24,03 milyard manat, qeyri-ərzaq məhsullarına isə 20,19 milyard manat vəsait xərclənib. 2022-ci ildə ərzaq, içki və tütün məhsulları üzrə xərclər əvvəlki illə müqayisədə 5,34 milyard manat və ya 22,2 faiz artaraq 29,37 milyard manata çatıb. Qeyri-ərzaq məhsulları üzrə isə 2,61 milyard manat və ya 12,9 faiz artım qeydə alınıb.

Növbəti illərdə də hər iki məhsul qrupu üzrə artım tendensiyası davam edib. 2025-ci ildə ərzaq, içki və tütün məhsullarına 36,91 milyard manat, qeyri-ərzaq məhsullarına isə 30,73 milyard manat vəsait xərclənib. Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 8,2 faiz və 9,4 faiz artım deməkdir.

2021-ci ildə adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 367,8 manat təşkil edib. Həmin məbləğin 199,9 manatı ərzaq, içki və tütün məhsullarına, 167,9 manatı isə qeyri-ərzaq məhsullarına yönəlib. 2022-ci ildə bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 21,7 faiz və 12,3 faiz artıb. Beləliklə, həmin il adambaşına düşən orta aylıq xərclər ərzaq, içki və tütün məhsulları üzrə 243,2 manat, qeyri-ərzaq məhsulları üzrə isə 188,6 manat olub.

Ümumilikdə son beş ilin göstəriciləri əhalinin adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsində davamlı artım tendensiyasının müşahidə edildiyini göstərir.

2025-ci ildə isə adambaşına düşən orta aylıq pərakəndə ticarət xərci 550,2 manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 42,2 manat və ya 8,3 faiz artım deməkdir. Ümumi məbləğin 300,3 manatı ərzaq, içki və tütün məhsullarına, 249,9 manatı isə qeyri-ərzaq məhsullarına xərclənib.

2021-ci ildə pərakəndə ticarət dövriyyəsində əhalinin əczaçılıq və tibbi ləvazimatlara yönəltdiyi xərclərin həcmi 0,95 milyard manat təşkil edib. 2022-ci ildə bu göstərici əvvəlki illə müqayisədə 0,22 milyard manat və ya 23,2 faiz artaraq 1,17 milyard manata yüksəlib. 2023-cü ildə əczaçılıq və tibbi ləvazimatlar üzrə xərclər əvvəlki illə müqayisədə 0,14 milyard manat və ya 12 faiz artaraq 1,31 milyard manat səviyyəsində qeydə alınıb. 2025-ci ildə isə əhalinin əczaçılıq və tibbi ləvazimatlara xərclədiyi vəsait 2024-cü illə müqayisədə 0,33 milyard manat və ya 24,4 faiz artaraq 1,68 milyard manat təşkil edib.

Son xəbərlər

Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk

Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü

Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib

Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir

BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var

Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm

Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib

WUF13-ə onlayn qeydiyyat uzadıldı

Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj

Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər

Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb

CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür

Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır

"Energetika Memarlığı" filmi təqdim olunub

Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb

Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub

Azərbaycan nefti ucuzlaşıb

Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var

102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb

Bütün xəbərlər