{category-title}

Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr - SİYAHI


Azərbaycanın xarici ticarətində əsas paya malik olan ölkələr və ticarət həcmləri məlum olub. Rəqəmlər göstərir ki, ölkənin həm ixrac, həm də idxal strukturu müəyyən ölkələr üzrə cəmləşib.

Bu Dövlət Gömrük Komitəsinin 2025-ci il hesabatında bildirilib. 

İxracda əsas ölkələr

Hesabat dövründə Azərbaycanın ümumi ixrac həcmi 25 milyard 42 milyon 849,64 min ABŞ dolları təşkil edib. İxracın ən böyük hissəsi Avropa ölkələrinin payına düşür.

Azərbaycanın ən çox məhsul satdığı ölkə İtaliya olub. Bu ölkəyə ixracın həcmi 11 milyard 342 milyon 330,41 min ABŞ dolları təşkil edib ki, bu da ümumi ixracın 45,29 faizi deməkdir.

İkinci yerdə Türkiyə qərarlaşıb. Belə ki, il ərzində bu ölkədən 3 milyard 377 milyon 815,07 min dollar dəyərində məhsul alınıb. Bu isə ümumi ixracın 13,49%-ni təşkil edir . Ardınca Rusiya (1 milyard 183 milyon 733,74 min dollar, 4,73%) və Yunanıstan (833 milyon 462,40 min dollar, 3,33%) gəlir.

Eyni zamanda Bolqarıstan (811 milyon 884,85 min dollar), Çexiya (744 milyon 813,22 min dollar), Gürcüstan (712 milyon 668,58 min dollar), Xorvatiya (666 milyon 780,43 min dollar), Rumıniya (628 milyon 683,49 min dollar) və Almaniya (550 milyon 073,82 min dollar) ixracda əsas tərəfdaşlar sırasında yer alıb.

Digər ölkələrə ixracın ümumi həcmi isə 4 milyard 190 milyon 603,63 min ABŞ dolları təşkil edib.

İdxalda əsas ölkələr

Azərbaycanın ümumi idxal həcmi 24 milyard 379 milyon 730,29 min ABŞ dolları olub. İdxalda isə Asiya və Avropa ölkələrinin üstünlüyü müşahidə olunur.

Ən çox məhsul alınan ölkə Çindir. Bu ölkədən idxalın həcmi 4 milyard 789 milyon 863,83 min ABŞ dolları olub ki, bu da ümumi idxalın 19,65 faizinə bərabərdir.

Sonrakı yerlərdə Rusiya (3 milyard 736 milyon 477,44 min dollar, 15,33%) və Türkiyə (2 milyard 343 milyon 073,82 min dollar, 9,61%) qərarlaşıb.

Eyni zamanda Amerika Birləşmiş Ştatlarından 1 milyard 494 milyon 874,07 min dollar, İsveçrədən 1 milyard 292 milyon 912,35 min dollar, Avstraliyadan 894 milyon 643,78 min dollar, Almaniyadan 826 milyon 102,19 min dollar, Böyük Britaniyadan 797 milyon 841,14 min dollar, Özbəkistandan 719 milyon 010,31 min dollar və İran İslam Respublikasından 624 milyon 071,61 min dollar dəyərində məhsul idxal edilib.

Digər ölkələrin idxalda payı isə 6 milyard 860 milyon 859,75 min ABŞ dolları səviyyəsində olub.

Son xəbərlər

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Kəlbəcərə dolu düşüb

Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək

Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq

Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır

Rusiya başladığı müharibəni uduzur

Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var

İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək

Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB

DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib

"Sabah" bu axşam Çempionlar Liqasında pley-off oyununa çıxır

Bütün xəbərlər