{category-title}


Azərbaycanda qiymət artımı yay aylarınadək davam edəcək - Ekspertdən AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqının və əmək pensiyasının məbləği artırıldı. 2023-cü ildən etibarən ölkədə minimum əməkhaqqının məbləği 345 manata, əmək pensiyasının minimum məbləği isə 280 manata çatdırılıb.

Artımlarla bağlı "Unikal"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu, qiymət artımına səbəb ola bilər:

"Azərbaycanda bəzi yazılmamış qanunlar var. Belə ki, maaşların, təqaüdlərin artımı xəbərinin özü belə qiymət artımını tətikləyən bir faktordur. İllərdir bu belə davam edir. Yəni, xəbərin özü çıxan kimi, məlum olur ki, artıq bazarlarda qiymətlərin artımı daha da sürətlənib.

Buna bənzər mənzərə ilə yenə qarşılaşa bilərik, çünki dəyişən bir şey yoxdur. Bu xəbərlərin özü istər-istəməz qiymət artımının sürətinə təsir göstərəcək. Biz bu qiymət artımını Novruz bayramından sonrakı dövrə qədər hiss edəcəyik. Bu, həmişə belə olub. Yeni il qabağı qiymətlər artır, qiymət artımı Novruz bayramına qədər davam edir. Bayramdan sonra, yay aylarında isə qiymətlərdə bir az sabitləşmə müşahidə olunur.
Azərbaycanda qiymət artımı yay aylarınadək davam edəcək - Ekspertdən AÇIQLAMA

Rəsmi rəqəmlərə baxsaq, Azərbaycanda inflyasiya 14% olub. Minimum əməkhaqqının məbləği isə 300 manat idi. 300 manatın 14 faizi 42 manat edir. Bu gün isə minimum əməkhaqqının məbləği 345 manata çatdırılıb. Bu, inflyasiyanın indeksləşdirilməsi deməkdir. Problem budur ki, rəsmi inflyasiya rəqəmləri insanları çox az maraqlandırır.

Birincisi, ərzaq inflyasiyası daha vacibdir, çünki insanlar qazanclarının yarıdan çoxunu ərzağa xərcləyir. Ötən il ərzində ərzaq inflyasiyası 22% idi. Hətta bu da doğru rəqəm deyil. Belə ki, ərzaq inflyasiyası ümumi, yəni 560 adda ərzaq məhsuluna görə hesablanır. Buna baxmayaraq, əhalinin ən çox istifadə etdiyi cəmi 30 adda məhsul var. Onlar gündəlik tələbət malları hesab edilir. Həmin məhsulların inflyasiyası daha yüksəkdir. Burada təxminən 40%-ə yaxın infylasiyadan söhbət gedir.  Bütün bunları nəzərə alsaq, təbii ki, bugünkü maaş, təqaüd artımları ərzaq inflyasiyasına adekvat deyil", - deyə o qeyd edib.

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər