{category-title}

Neftin sürətlə bahalaşmasının SƏBƏBİ


Neftin dünya bazar qiymətində yenidən kəskin artımlar qeydə alınıb. Belə ki, yalnız may ayında Brent markalı neftin qiyməti 17 faiz artaraq hər barel üçün 105 dollardan 123 dollaradək yüksəlib. 

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib  ki, “qara qızılın” qiymətindəki artımlar Çində karantin qaydlarının yumşalması və Brüsseldə Avropa İttifaqının Rusiya neftindən imtina müzakirələri ilə əlaqədardır:

"Eyni zamanda neftə qlobal tələbin artması kontekstində dünya bazarında təklifin azalacağı tərəddüdləri də birjalara təsirsiz ötüşmür. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəmiz 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib. Bu o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib. Bu isə gündəlik ixracatın orta hesabla 427 min 715 barel olması anlamına gəlir. 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir".

V.Bayramov qeyd edib ki, qiymətin kəskin artımları neft bazarı üçün potensial risklər formalaşdırır:

"Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Birləşmiş Ştatlarda şist neft hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir. Enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımından vacibdir. Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan, istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır".


Son xəbərlər

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb

Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək

Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ

İsrail ordusu Livanda ciddi itkilər verdi

İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır

Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi

Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır

İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb

Oğuzda narkotik alverçiləri saxlanıldı

Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bütün xəbərlər