{category-title}
İdman
21.07.2020, 17:09
Çempionlar Liqasının yarımfinalına yüksəlmiş klub üçüncü liqaya yuvarlandı
İspaniyanın “Deportivo” futbol klubu ikinci divizion - Sequnda ilə vidalaşıb.
Bununla da, La Korunya təmsilçisi gələn mövsümdən üçüncü liqada - Terserada mübarizə aparacaq.
“Championat” xəbər verir ki, mövsüm ərzində 41 oyunda 48 xal toplayan “Deportivo” turnir cədvəlində sonuncu yerləri tutmuş iki komandasından biri olub.
Qeyd edək ki, “Deportivo” 1999/2000-ci illər mövsümündə İspaniya çempionu olub. Klub 2004-cü ildə Çempionlar Liqasının yarımfinalına yüksəlib.