{category-title}

Nəsimi rayonundakı su probleminin səbəbi bəlli oldu

 

 

Nəsimi rayonunda sakinlər içməli suyun məhdudiyyətlə verilməsindən əziyyət çəkirlər. 

Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib.

Bildirilib ki, su problemi rayonun Cavadxan küçəsi, 68 ünvanındadır. 
Ərazidə yerləşən doqquzmərtəbəli binanın sakinləri iddia edirlər ki, 18 ildir yaşadıqları binada son iki il ərzində su problemi var.
Onların sözlərinə görə, iki ildir axşam saat 12-dən səhər saat 7-dək binaya su verilmir. 
Binanın komendantı əməkdaşımızla söhbət zamanı bina sakinlərini narahat edən problemlərdən danışıb:
“20 ilə yaxındır bu binanın komendantıyam. Mənzil sahiblərinin əsas problemlərindən biri su ilə bağlıdır. Son iki ildir su problemi var. Binaya suyun verilməsində daim problemlər olur. Axşam saat 12-dən səhər saat 7-dək su verilmir. Evində xəstəsi, körpə uşağı, yaşlısı olan var. Suyun fasilələrlə verilməsi çətinliklər yaradır. İşdən evə gec saatlarda gələn adamlar var, yuyunmağa su tapmırlar. Nəsimi rayon Su İdarəsinə məsələ ilə bağlı dəfələrlə müraciət etmişik. Problemin həlli ilə bağlı heç bir tədbir görülmür.
Şikayət edəndə isə deyirlər ki, gecə su sizin nəyinizə lazımdır?! Nə zaman müraciət edirik, məsələ həll olunub deyirlər. Onlar məsələni necə həll ediblər ki, bir dəfə də gəlib şikayəti araşdıran olmayıb”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.
Qurum rəsmisinin sözlərinə görə, gecə saatlarında tək Nəsimi rayonunda deyil, bir çox rayonlarda suyun təzyiqi aşağı salınır:
“Bakı sakinləri gündüz saatlarına nisbətən gecə daha az miqdarda sudan istifadə edirlər. Əgər gecə şəhərin gündüzlər təmin olunduğu miqdarda suyun verilməsini davam etdirsək, bu tək Nəsimi rayonundakı su təchizatı sistemində səhər saat beşdən 10-a qədər qəzaya səbəb ola bilər”.
Onun sözlərinə görə, “Azərsu” ASC bu səbəbdən gecə saatlarında Bakının su təchizatının həcmini azaldır:
“Gecə saat 12-dən səhər saat 6-ya qədər paytaxtın rayonlarına verilən suyun həcmi aşağı salınır. Hidrotexniki sistemlərin tənzimlənməsi üçün mərkəzi rezervuarlardan suyun verilməsi azaldılır. Buna görə də hündürmərtəbəli binaların yuxarı mərtəbələrində suyun təzyiqi zəifləyir”.

Son xəbərlər

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Bütün xəbərlər