{category-title}
Gündəm / İdman
14.02.2020, 07:57
Salahı çağırıblar, amma özünün xəbəri yoxdur
"Liverpul"un futbolçusu Məhəmməd Salah Olimpiadada iştirak edəcək yığmaya çağırılıb.
Kaspi.az bildirir ki, bu barədə Misirin U-23 yığmasının baş məşqçisi Şavki Qərib məlumat verib. Amma o, bu barədə hələ Salaha məlumat vermədiklərini də deyib:
"3 yaşlı futbolçudan yalnız birini - Salahı yığmaya çağıracağımızı dəqiqləşdirmişik. O, dünyanın 3 ən yaxşı futbolçusundan biridir.
Hələlik, bununla bağlı Məhəmmədlə müzakirə aparmamışam. Amma bilirəm ki, Olimpiadada iştirak üçün o, daha artıq qüvvə sərf etməlidir".
Futbolçunun agenti Rami Abbas bildirib ki, Salah Olimpiadada iştirakla bağlı qəti qərar qəbul etməyib.