{category-title}
Eldar Quliyev Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur
Ötən ayın sonunda Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə, məhz parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyyə edən qərar qəbul etdi və bununla bağlı ictimaiyyətə, hakim siyasi partiyanın sədr müavini-icra katibi Əli Əhmədov geniş açıqlama verdi. Partiya funksioneri verdiyi açıqlamasında bildirdi ki, “YAP-ı təmsil edən millət vəkilləri parlamentə müraciət ünvanlamağa qərar veriblər və onların müraciətləri Milli Məclisə daxil olacaq. Hesab edirəm ki, rəhbərlik ünvanlanan müraciətin yaxın zamanlarda parlamentin müzakirəsinə çıxarılmasına nail olacaq”. Bəli, belə bir müraciət parlamentdə müzakirəyə çıxarıldıqdan sonra, millət vəkillərinin tam əksəriyyəti ali qanunverici orqanın buraxılmasına səs verdilər. Beləliklə, beşinci çağırış Milli Məclis tam tərkibdə buraxıldı və 2020-ci ilin 09 fevral tarixdə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün vaxt da təyin olundu. Artıq seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı, Mərkəzi Seçki Komissiyası tərəfindən bütün zəruri tədbirlər görülməkdədir. Yəni, növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin “Təqvim planı” da qəbul olunub. “Təqvim planı”na uyğun olaraq seçkilərin keçirilməsinə dair tədbirlərin, yəni namizədlərin qeydiyyatı, təbliğat-təşviqat kampaniyasının aparılma müddəti, müşahidəçilərin qeydiyyatı və sair məsələlərə dair vaxt müəyyən olunub və büdcədən ayrılan vəsaitlər hesabına, məhz ölkəboyu belə bir prosesin keçirilməsinə ciddi hazırlıq işləri də görülməkdədir.
Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Eldar Quliyev, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Eldar Quliyev, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Eldar müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Eldar Quliyevi tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Mərkəzi Seçki Komissiyasından əldə etdiyimiz məlumata görə, 09 fevral 2020-ci il tarixə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət etmiş 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb. Qeydə alınmış potensial namizədlərdən biri də, Azərbaycan Kooperasiya Universitetinin rektoru, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Eldar Quliyevdi. Eldar müəllim xarakterik xüsusiyyəti, iş üslubu, insanlara yanaşma münasibətinin göstəriciləri və s. haqda az-çox məlumatlı olan hər kəs bilir ki, o, hər zaman ictimai həyatda özünün peşəkarlığı və qayğıkeşliyi ilə əksəriyyətdən fərqlənən bir şəxs olub. Daşıdığı vəzifəsinin icraasına başladığı ilk gündən nümunəvi addımlarını atıb, sağlam davranışı və saf düşüncəsi ilə çoxlarına örnək olub. Eldar müəllim , məhz belə bir addımları ilə qısa zaman kəsiyində hər kəsin rəğbət hissini də qazana bilib. Haqqında söz-söhbət düşərkən, onu tanıyanlar Eldar Quliyevdən ağızdolusu danışar, əməllərinin yüksək insani hisslərlə bağlı olduğunu dilə də gətirərlər. Hətta onu tanıyan, onun iş fəaliyyəti, həyata baxışı, hər kəsə qarşı fərdi yanaşma münasibəti haqda məlumatlı olanlar onu da qeyd etdilər ki, Eldar Quliyev Azərbaycan Kooperasiya Universitetinin rektoru təyin olunduğu ilk gündən özünün isguzarlığı və peşəkarlığı ilə tanınıb. Qısa zaman kəsiyində böyük hörmət-izzət sahibi olub”. Hər kəsə bəllidir ki, Eldar müəllim yalnız və yalnız bir amalı var, o da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirilən siyasi kursu müdafiə etmək, dövlətimizi, xalqımızı sevməkdir.Bəli, bu gün də o, heç bir təmənna güdmür və hər zaman ölkə rəhbərinin mövqeyini müdafiə etməklə, yürüdülən siyasi kursa sadiq olduğunu əməli addımları ilə sübuta yetirir. Ona görə də, adı çəkilən bu xanımı öz əqidəsindən heç bir qüvvə heç cür döndərə bilmir və sağlam düşüncəsi ilə lazımi addımlarını atır. O halın varlığını da qeyd edək ki, Eldar Quliyevin ulu öndər Heydər Əliyevi özünün ən böyük idealı hesab edir və onun tarixdə buraxdığı silinməz izlərə dəyər verməklə, sanki öz-özlüyündə qürur hissi də keçirir. Sözsüz ki, belə bir yanaşmaları ortaya qoymaq üçün, namizədliyi 28 saylı Sabunçu üçüncü seçki dairəsindən qeydə alınmış Eldar Quliyev, yüksək texniki biliyə malik olmaqla bərabər, özündə lazımi göstəriciləri cəmləşdirən, ən çətin anlarda düzgün qərar qəbul etməyi bacaran bir bəydir. O, elə bir xarakterik xüsusiyyətə malik bir şəxsdir ki, hər kəsə diqqət və qayğı ilə yanaşmağı, hər kəsin problemini sanki özünün problemi hesab etməyi, həmçinin həmin şəxsə kömək əlini uzatmağı və s. özü üçün borc bilir. Belə bir addımlarını artdıqca, insanlar qəlbən sevinir, sanki özlərinin güclü olduğunu hiss edib, dövlətimizə, cənab Prezidentimizə inamlarını birəbeş artırırlar. Eldar Quliyev ona həvalə olunan hər bir işə yüksək səviyyədə yanaşır və verilmiş tapşırıqları, məhz maksimum müddət ərzində yerinə yetirməyə çalışır. Bir sözlə, keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan Eldar Quliyev, atdığı hər bir addımını “yüz ölçüb bir biçir”, zamanı çatanda isə, yekdil qərarını verməyi bacarır. Bəli, adı çəkilən bu xanım üzərinə düşən hər bir işi yüksək səviyyədə yerinə yetirdiyindən, bu gün tam əksəriyyətin ona qarşı inam hissi birəbeş artıb. Sözsüz ki, belə bir uğurlara sahib olmaq, heç də hər kəsə nəsib olmur. Özünün peşəkarlığı, həyata baxışının müdrikliyi, ətrafdakılara qarşı bəslədiyi səmimi, insani münasibətlərinin varlığı və s. ilə tam əksəriyyətdən fərqlənən bu Eldar müəllim , bu gün belə bir uğurlara sahib olduqca, ətrafdakıların ona qarşı rəğbət hissi daha da artır. Ona görə də belə bir qənaətə gəlmişik ki, Eldar Quliyev millət vəkili seçilərsə, o halda o, seçicilərinin millət vəkili olacaq, ona göstərilən etibarı və etimadı layiqincə doğruldacaq. Odur ki, böyük ruh yüksəkliyi, dərin inam hissi ilə seçkilərə qatılan və hal-hazırda 28 saylı Sabunçu üçüncü seçki dairəsində ən potensial namizəd olan Eldar Quliyevə uğurlar diləyib, seçki günü qalib olmasını arzu edirik. Əslində adı çəkilən Eldar müəllim qələbə çalması, ona səs verib qalib edən seçicilərinin qələbəsi demək olacaq.