{category-title}

Nərminin qətlində təqsirləndirilən şəxsin barəsindəki həbs qərarı dəyişdirilməyib

 Sabunçu rayon Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən Süleymanov İlkin İbrahim oğlunun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

PressXeber.info-ın məlumatına görə, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Apelyasiya Məhkəməsinin hakimləri tərəfindən baxılan prosesdə qərar elan olunub.
Qərara əsasən, vəsatət təmin edilməyib və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Tovuz  rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun  yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Tovuz Rayon Məhkəməsin İ.Süleymanov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.//Apa.az

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər