{category-title}

“Sosial layihələr” müsabiqəsi çərçivəsində bu uşaqlar yaradıcılıq qabiliyyətini nümayiş etdirəcək

 

 

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi  “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Ümidə aparan yol” layihəsinin icrasına başlanılıb.

Məsul şəxsi Rahib Rəsulzadə olan “Ümidə aparan yol”  layihəsinin əsas məqsədi uşaq evləri və internat məktəblərindən olan uşaqların və yeniyetmələrin istedadlarının aşkar edilməsi, bədii yaradıcılıq imkanlarının üzə çıxarılması və onlarda bədii zövqün, ifa mədəniyyətinin və yaradıcı fikrin formalaşmasına dəstək olmaqdır.

Layihənin icrası müddətində Bakı, Gəncə, Zaqatala şəhərləri və Füzuli rayonunun Horadiz qəsəbəsində fəaliyyət göstərən xüsusi internat məktəbləri və internat tipli gimnaziyalarda təhsil alan uşaqlar və yeniyetmələr üçün seçim turu və final daxil olmaqla, iki mərhələdən ibarət yaradıcılıq müsabiqəsi keçiriləcək.

Müsabiqə rəqs – milli və beynəlxalq rəqslər; təsviri sənət - rəssamlıq, heykəltaraşlıq və  toxuculuq; musiqi yaradıcılığı - muğam və xalq mahnıları və  bədii qiraət nümunələri olmaqla dörd nominasiya üzrə təşkil olunacaq.

Yanvar-may ayları ərzində baş tutacaq müsabiqənin seçim turları və final mərhələsinin iştirakçıları münsiflər heyəti tərəfindən müəyyən ediləcək. 

Xatırladaq ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində həyata keçirilən “Sosial layihələr” müsabiqəsi vətəndaş cəmiyyətinin inkişafı, o cümlədən, təşəbbüskarlıq mühitinin formalaşması, sosial inkişafa yönələn ideyalar, təşəbbüslərin irəli sürülməsi və onların həyata keçirilməsi məqsədilə yaradılıb və müsabiqəyə layihələrin qəbulu 1 avqust 2019-cu il tarixindən noyabrın 20-dək həyata keçirilib.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər