{category-title}

İrəvanla danışıqları davam etdirməyin mənası varmı? - TƏHLİL

 Mübaligəsiz demək olar ki, Rusiyadakı ən son institusional və konstitusion islahatlar siyasi təhlilçilər və politoloqlar arasında ən çox müzakirə olunan mövzulardandır.

Əlbəttə, biz də etiraf edirik ki, bu mövzu özlüyündə çox maraqlıdır, amma bizi daha çox onun Dağlıq Qarabağ danışıqlarına inikası cəlb edir və maraqlandırır, çünki sual yaranır: yaxın gələcəkdə bu müstəvidə nələr gözlənir?

Düşünürük ki, hələlik Rusiyada növbəti hökumətin formalaşmasını gözləmək lazımdır, çünki mümkündür ki, xarici işlər naziri S.Lavrov bu yeni hökumətin tərkibinə daxil olmasın.

Məlumdur ki, Rusiya vergi xidmətinin rəhbəri M.Mişustin baş nazir təyin olundu və Duma da bu təyinatı təsdiqlədi.

Bir daha xatırladaq ki, bəzi qeyri-rəsmi internet resurslarında bildirilir ki, bu adamın rəsmi İrəvanla, onun siyasi və işgüzar dairələrilə sıx təmasları var, üstəlik qeyd olunur ki, o, ana xəttilə ermənidir, yəni anası ermənidir.

Dağlıq Qarabağ danışıqlarına gəldikdə isə, artıq xəbər verilir ki, ayın sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş baş tutmalıdır. Məlumdur ki, bu görüşlər bir qayda olaraq Rusiyanın vasitəçiliyilə həyata keçirilir.

Odur ki, diqqətli oxucu dərhal soruşa bilər ki, bizim Ermənistanla danışıqlar aparmağımıza, ən əsası da Rusiyanın vasitəçiliyilə baş tutacaq bu prosesdən hansısa bir pozitiv irəliləyişlər gözləməyimizə dəyərmi? O, qeyd edə bilər ki, əvvəl bizim işlərimiz Rusiyanın erməni kökənli naziri S.Lavrovdan asılı idi, indi isə Rusiyanın hətta baş nazirinin də yarı –erməni olduğu, yəni M.Mişustinin də anasının erməni olduğu deyilir...

Bununla bağlı nə demək olar? Prinsipcə, burada formal baxımdan nəsə demək mümkündür.

Belə ki, xarici siyasəti istənilən prezident respublikasında, o cümlədən də Rusiyada baş nazir, xüsusən də nazir yox, prezidentin özü formalaşdırır və Rusiyanın timsalında bunu əlbəttə ki, prezident V.Putin edir. Onunla isə əlaqələr çox yüksək səviyyədədir. Təkcə ötən ilə Rusiya və Azərbaycan prezidentlərinin üç görüşü olubdur və bu, bir daha belə deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər həqiqətən də sıx və strateji xarakter almaqdadır.

Öz tərəfimizdən əlavə edək ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər heç də Moskvanın KTMT və Avrasiya Birliyi üzvləri olan digər ölkələrlə əlaqələrindən geri qalmır. Amma burada daha bir sual yaranır: Rusiyanın müttəfiqlərilə münasibətləri nə dərəcədə səmimi və etibarlıdır?

Məsələ də elə bundadır ki, Moskvanın çoxtərəfli əməkdaşlıq mədəniyyəti hətta indinin özündə - 21-ci əsrdə belə çox acınacaqlı səviyyədədir, çünki Kreml “yorğan”ı daim özünə tərəf çəkməyə adət edib və bu adətini tərgitmək fikrində də deyil.

Əlbəttə, erməni kökləri ehtimal olunan bir şəxsin (bu məlumatlar hələ təsdiq olunmalıdır!) Rusiyanın baş naziri təyin olunması bizi təlaşlandırmalıdır, ən azı ona görə ki, hökumətdəki indiki təyinatlar gələcəkdə hakimiyyətin tranzitində də hansısa formada əks oluna bilər.

Amma Dağlıq Qarabağ münaqişəsinin artıq 30 illik tarixi var və bu illər ərzində başqa nazirlər və baş nazirləri də olub, amma bu, hansısa pozitiv və yaxud da ciddi bir irəliləyişə gətirib çıxarmayıbdır.

Bu səbəbdən də baş nazir cənab M.Mişustin həzrətləri yox, bir başqası, qeyrisi olsaydı belə yenə də heç nə dəyişməyəcəkdi, çünki Rusiyanın tarixi yüz illərlə ölçülən bir Qafqaz siyasəti var və ermənilər bu siyasətin yalnız bir komponentidirlər.
Odur ki, “Danışıqları davam etdirməyə dəyərmi?” sualına cavab daha çox İrəvanın siyasətindən və davranışından asılı olacaq. Amma biz də razıyıq ki, nə vaxtsa bu sualı bütün ciddiliyilə qoymaq lazım gələcəkdir.

Hələliksə gözləmək lazım gələcək. Bəli, ilk növbədə Rusiyadakı “islahatlar”ın başa çatmasını gözləmək və Paşinyan hakimiyyətininin Dağlıq Qarabağla bağlı əsl planlarını aydınlaşdırmaq lazım gələcək. Bu məsələdə prinsipcə, elə bir sirli məqamlar yoxdur və Moskvanın, eləcə də İrəvanın niyyət və planları yetərincə məlumdur. Amma qeyri məqam da çox yaxşı bəllidir: bu vəziyyətdə tək biz deyilik, Ukrayna, Moldova və Gürcüstan da bu haldadır, onlar da daha əlverişli məqam gözləyirlər...
Hüseynbala Səlimov
 //musavat.com//

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər