{category-title}

Vəsilə Abulova : 20 Yanvar- xalqımızın mübarizə tarixinin şanlı səhifəsidir

 

 

Qanlı 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, bu gün Şəmkir rayonunda da silsilə tədbirlər keçirildi. Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş plana uyğun olaraq, ilk əvvəl rayonun mərkəzində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyuldu. Tədbirdə rayonun bir çox idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, məktəblilər, ziyalılar, Qarabağ müharibəsi veteranları və s. ilə bərabər, 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış bir şəxs olaraq, mən də iştirak etdim. Faciə qurbanlarının 30-cu ildönmü ilə bağlı keçirilən bu tədbirdə Şəhidlər Xiyabanına yürüş təşkil olundu və xalqımızın müstəqilliyi, suverenliyi, torpaqlarımız bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin məzarlarını ziyarət edib, onların qəbrləri üzərinə tər-çiçəklər düzüldü. Onu bildirim ki, 20 Yanvar faciəsi xalqımızın qürur mənbəyidir və baş verən olaydan bu gün bizi 30 illik dövr ayırsa da, biz heç zaman onların xatirəsini unutmayacağıq. Əslində 20 Yanvar günü Ümumxalq Hüzn Günü kimi deyil, milli müstəqilliyimizin əldə olunması yöndə mübarizə meydanına atılmış xalqımızın mübarizliyini, məğrurluğunu, imperiya buxovundan xilas olmaq istəyinin ortaya qoyulduğu gündür. Hər kəsə bəllidir ki, xalqımız faciə zamanı həyatdan köçmüş övladlarına 40 gün matəm saxladı və qürurlu iradəsi ilə başlarını dik tutdular. Çünki, hər kəs dərk edirdi ki, faciə qurbanları öz ölümləri ilə şəhidlik zirvəsinə ucalmışdılar. Bəli, ana Vətən, torpaq uğrunda ölən hər kəs şəhidliyin ən uca zirvəsində durur. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, müstəqil yaşamaq hüququnu məhv etmək məqsədi daşıyırdı və xalqımıza qarşı düzülüb-qoşulmuş mərkli planın tərkib hissəsi idi. Bir halın varlığını da unutmayaq ki, bu faciə xalqımızın tarixində təkcə ağrılı-acılı gün kimi deyil, eyni zamanda xalqımızın şərəf günü də hesab olunmalıdır. Bir kimsə unutmamalıdır ki, həmin gün küçələri boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini göstərdi. Bu məsələ xeyli müddət müzakirə olunsa da, nəhayət ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, bir daha gündəmə gəldi və faciənin başvermə səbəblərinə hüquqi qiymət vermək yolunda ciddi addımlar atıldı. Bundan əlavə, mərhum Heydər Əliyev hakimiyyətdə olarkən 20 Yanvar faciəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də, lazımi addımlar atıldı. Yəni, çox keçmədi ki, bütün şəhid məzarlarının üstü götürüldü və onların xatirəsinin əbədləşdirilməsi məqsədilə, Şəhidlər Xiyabanında memorial abidə kompleks ucaldıldı. Ən əsası, ulu öndərin imzaladığı müvafiq Sərəncam əsasında bu gün illərdir ki, respublikamızda Ümumxalq hüzn günü kimi qeyd olunur.Onu da bildirim ki, 20 Yanvar faciəsi xalqımızın milli birlik və vətənpərvərliyinin göstəricisi oldu və tarixdə xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli bir tarixinə çevrildi. Faciənin baş verdiyi gecə sovet qoşunları Bakıda və digər rayonlarda 146 nəfəri qətlə yetirmişdi, 744 nəfəri yaralamışdı, 841 nəfər şəxs isə, qanunsuz olaraq həbs olunmuşdular. Rus-erməni işğalçı qüvvələri tərəfindən 200-dən çox mənzil, 80 avtomaşın, o cümlədən təcili-tibbi yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlaklar sıradan çıxarılmışdı. Nə qədər ağrılı-acılı olsa da, bu gün həmin tarixi günləri yaşayanlar, yeni nəslin nümayəndələri xalqımızın mübarizə tarixinin şanlı səhifəsinə çevrilmiş 20 Yanvar gününü unutmur və hər il Şəhidlər Xiyabanını ziyarət etməklə, bir daha onların ruhuna dualar oxuyub, xatirələrini ehtiramla yad edirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin...


Vəsilə Abulova

99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmış namizəd

Vəsilə Abulova : 20 Yanvar- xalqımızın mübarizə tarixinin şanlı səhifəsidir
Vəsilə Abulova : 20 Yanvar- xalqımızın mübarizə tarixinin şanlı səhifəsidir
Vəsilə Abulova : 20 Yanvar- xalqımızın mübarizə tarixinin şanlı səhifəsidir

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər