{category-title}

ABŞ-İran qarşıdurması: Hər kəs “silahını” əlində saxladığı mesajını verir - TƏHLİL

 

ABŞ İranla heç bir ön şərtsiz danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Vaşinqtonun BMT yanında daimi nümayəndəsi Kelli Kraft Təhlükəsizlik Şurasına göndərdiyi məktubda qeyd olunur ki, ABŞ regionda gərginliyin aradan qaldırılması üçün bu addımı atır. Bununla da təxminən bir həftə davam edən ABŞ-İran müharibəsi riski ən azı indilik ortadan qaldırılmış oldu.

Əslində, ABŞ və İran arasında gərginlik 20 ay əvvəl – 2018-ci ilin maynda prezident Trampın İranla “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, Tehrana qarşı daha əvvəl mövcud olan sanksiyaları bərpa etdiyi zaman yüksəlmişdi. Həmin ilin avqustunda İrana qarşı sanksiyaların ilk, noyabrında isə ikinci dalğası başlamışdı. Bundan sonra Tehran və Vaşinqton arasında 40 ildir davam edən və zaman-zaman hərbi qarşıdurma sərhədinə çatan gərginlik pillə-pillə yüksəlib. 

2019-cu ilin aprelində ABŞ hökuməti İranın İslam İnqilabı Kşeikçiləri Korpusunu “terrorçu” siyahısına salıb və münasibətlər daha da kəskinləşib. İyunun 20-də isə İran Hava Hücumundan Müdafiə qüəvvələri ABŞ-a məxsus “Global Hawk” pilotsuz aparatını hava sərhədlərini pozduğunu əsas gətirərək vurub.

Bununla da iki ölkə arasında münasibətlər müharibə həddinə çatıb. Ancaq ABŞ prezidenti “son anda” İrana hava zərbələri endirilməsi əmrini verməkdən imtina edib. Bununla da müharibə riski azalsa da, Tehran-Vaşinqton xəttində gərginlik davam edib. 

Yanvarın 3-də Bağdad hava limanında İranın ölkə xaricində əməliyyatlara rəhbərlik edən generalı Qasim Süleymani və İraqın könüllülərdən ibarət ordusu “Həşd-Şabi”nin əməliyyat komandiri Mehdi əl-Muhəndisin ABŞ ordusu tərəfindən öldürülməsi ABŞ-İran gərginlyini yenidən müharibə cizgisinə çatdırdı. 

Yanvarın 8-də İran ordusunun İraqın “Ayn əl-Əsəd” hərbi bazasını və Ərbil şəhərindəki beynəlxalq hava limanında yerləşən beynəlxalq antiterror koalisiyasının bazasını raket atəşinə tutması kulminasiya nöqtəsi idi. İranın qisas əməliyyatı Şərq mistikası elementləri ilə “bəzədilmişdi”.

Amerika hərbi bazası yanvarın 3-də Q.Süleymaninin öldürüldüyü saatda atəşə tutuldu. Əməliyyata isə birbaşa “Sepah” qərargahına gələn ali dini lider Ayətullah Xameneyi rəhbərlik edirdi. Və nəhayət, raket atəşindən az sonra Süleymaninin nəşi vətəni Kirmanda torpağa tapşırıldı. İran üçün qisas alınmışdı... 

İranın İraqdakı Amerika bazalarını raket atəşinə tutması yeni müharibə siqnalı kimi dəyərləndirilsə də, ABŞ prezidentinin açıqlaması müharibə narahatlıqlarına son qoydu. ABŞ prezidenti erkən xəbərdarlıq sistemləri sayəsində bazalardakı hərbçilərin çıxarıldığını və bu səbəbdən insan itkisi olmadığını açıqlayıb.

Bəzi mənbələr isə amerikalıların İraq baş naziri vasitəsilə hücumdan xəbərdar olduğunu bildirir. Tramp İrana yeni və daha geniş sanksiyaların tətbiq olunacağını bildirib. Bu isə o deməkdir ki, Vaşinqton İranla müharibə etməyəcək, əvvəlki kimi sanksiya yolu ilə mübarizə aparacaq. Lakin bu açıqlama müharibə təhlükəsini indilikdə kənara qoydu.

İndi necə deyərlər, planet rahat nəfəs ala bilər. Amma böyük mənada təhlükə hələ davam edir, üstəlik daha da ciddi formada. Çünki bu günə qədər ABŞ və İran qarşılıqlı olaraq bir-birinə sərt reaksiya verib. 

ABŞ İrana qarşı sərt sanksiyalar tətbiq edib, Tehran Amerika pilotsuz kəşfiyyat təyyarəsini - hansı ki, müasir döyüş təyyarələrindən az qala iki dəfə baha qiymətədir – vurub, Vaşinqton isə İranın müharibə simvolu olan təcrübəli generalını qətlə yetirib və nəhayət, İran “soyuq müharibə” illərindən sonra müharibə elan olunmadığı halda ABŞ hərbi bazalarına açıq hücum təşkil edib.

Bu, o deməkdir ki, bir sonrakı gərginlikdə Tehran və Vaşinqtonun bir-birinə zərbələri daha sərt və ağır olacaq. Yəni müharibəyə daha yaxın olacaq və ya elə müharibə olacaq. Yəni risk ehtimalı daha da yüksəlib. İran hakimiyyətinin Amerikaya cavab verəcəyi gözlənilən idi.

Üstəlik, Tramp İranın məhz Yaxın Şərqdəki və ümumiyyətlə, ölkə xaricindəki əməliyyatlarına rəhbərlik edən təcrübəli generalını və belə demək olarsa “müharibə vitrinini” qətlə yetirmişdi. 

Süleymani “Sepah” içərisindəki onlarla generaldan biri deyildi, o faktiki olaraq İranın uğurlu döyüşçü qəhrəman simvolu idi. Onun qisası daha təsirli və səs-küylü olmalı idi. Bu səbəbdən də Tehran ilk dəfə açıq şəkildə, hər hansı milis gücləri (İraq, Suriya, Livan, Fələstin, Yəməndə çoxlu sayda belə qüvvələr var – müəllif.) vasitəsilə deyil, birbaşa öz hərbi qüvvələri vasitəsilə İraqdakı ABŞ bazalarını vurdu.

Lakin eyni zamanda, İraqdakı bazada canlı itkilərin olmaması və ya az olması (rəsmi Vaşinqton itki olmadığını bəyan etdi – müəllif.) və eləcə də, İran generallarının və Hizbullah liderinin Amerikanın bölgədəki mülki vətəndaşlarının hədəfə alınmayacağını açıqlaması Vaşinqtona yumlaşmaq üçün ciddi əsas verirdi. Görünən odur ki, ən azı bu mərhələdə hər iki tərəf daha irəli getməməyi düşünür. Amma hər iki tərəf sakit dayanmaq fikrində də deyil. 

Tramp İrana qarşı yeni sanksiyalar imzalayacağını, iranlı generallar isə qisasın davam edəcəyini bildirir. Yəni hər kəs “silahını” əlində saxladığı mesajını verir. 

Beləliklə, ABŞ-İran qarşıdurmasının növbəti raundu belə demək olarsa başa çatdı, amma gərginlik davam edəcək. İran Vaşinqtonun regionda dayaqlarının zəiflədilməsinə, Vaşinqton isə Tehranın iqtisadi olaraq gücünü itirməsi və region ölkələrindəki təsir rıçaqlarının qırılmasına çalışacaq.

Çünki Vaşinqtonun İran qarşısında əsas tələbi ballistik raketlərin istehsalını dayandırmaq və Yaxın Şərqdəki silahlı qruplara dəstəyi dayandırmaqdır. Bu şəkildə nə hərb, nə sülh vəziyyəti ən azı növbəti sərt qarşıdurmaya qədər davam edəcək. Növbəti qarşıdurma isə hər an alovlana bilər. 

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər