{category-title}

Həqiqət həmişə üzdədir...

 

Yeni il ərəfəsində bir neçə qəzet və saytlarda, həmçinin özəl telekanallarda tanınmış iş adamı Fərhad Əhmədov haqqında məqalə, politoloq rəyi, şərhlər yer aldı. Biri onu ölkəni tanımamaqda, digəri ölkəyə sərmayə yatırmamaqda, bir başqası isə sıradan biri kimi ifadələlrə sancmağa cəhd etdi. Heç biri həqiqəti dilə gətirmədi. Hə, biri də onu Kremlə bağlamağa çalışdı.

 

Bu məhşur şəxsiyyət, zəngin həyat və iş təcrübəsi olan iş adamı vətənini sevdiyi üçün arzularını dilə gətirmiş, radikallıqdan uzaq durmağa, hadisələrə daha mütərəqqi üsullarla yanaşmağa, balıcası vətəni, xalqı, dövləti daha da möhkəm sevməyə, onun üçün nəsə etməyə çalışmışdır. Əcaba, nədən bu iş adamı belə söyləmiş? Fərhad Əhmədov yüksək mərtəbəyə çatmaq üçün çox cəsarətli bir həyat yolu keçmiş, heç zaman bunu dilə gətirməmiş, mübarizə aparıb qələbəyə nail olmuşdur. Uzaq Sibirdə şrikət qurmuş, onu inkişaf etdirmişdir.

 

1988-ci illər idi. Gənc Fərhad Bakıya gəlmişdi. Onu doğmalarını görmək üçün Göyçaya “xüsusi qaydada” yola saldılar. Yəqin ki, o, bunu dərd eləmədi. Heç şikayətlənmədi də...

 

Bu gün Fərhad Əhmədovu ölkəyə yatırım yapmamaqda, Azərbaycanı tanımamaqda ittiham edənlərə söyləmək istərdim: təkcə mənim kəndimdə yüz hektar şoran torpağı münbitləşdirib, cənnət neməti – nar bağı saldırmaqla o, çox iş görüb. Onlarla adam həmin bağda müntəzəm çalışır, evinə çörək pulu aparır. Bu gün Teymur Əhmədov adına “Aznar” zavodunun istehsal etdiyi məhsullar dünyanın hər bir guşəsində “Azərbaycan brendi” adı altında satılmaqdadır. Təbii ki, əldə olunan gəlir Azərbaycan büdcəsinə daxil olur. Onun rəhbərlik etdiyi şirkətdə bağışlanmayan bir şey varsa, onun adına oğurluq deyirlər. Ümumiyyətlə, Əhmədovlar büdcəni talayıb, şan-şöhrət əldə edənlərin yanında deyilllər.

 

Fərhad Əhmədov həmişə elmə, təhsilə, maarifə yüksək qiymət verib. Son zamanlar Göyçayda iki məktəbin tikilməsi, birinin əsaslı təmiri və müasir kompyüterlə təmin olunmasına nə deyəsən? Hər il keçirilən ənənəvi nar bayramının təşkili zamanı xərcləri də Fərhad Əhmədov öz üzərinə götürüb.

 

Neçə-neçə xəstə adamların müalicə xəsrləcinə yardımçı olan məşhur iş adamı bunun reklam olunmasına qarşıdır. Fərhad Əhmədov yeni iş yerlərinin açılması istiqamətində uğurlu addımlar atmaqdadır. O, sıradan biri deyil. O, parlaq şəxsiyyət, xalqını, dövlətini, Azərbaycanı sevən, onun uğurlaırna ruhən, qəlbən inanan, sevinən bir vətən oğludur. Böyük Sabirin yazdığını xatırlamaq yerinə düşər: “Bənzərəm bir qocaman dağa ki, dəryada durar”.

 

Bu gün dövlət başçısı öz qətiyyətli iradəsini ortaya qoyaraq Azərbaycanda dərin islahatlar həyata keçirməkdədir. Qarşıda duran yeni-yeni iş yerlərinin açılması istiqamətində çox möhtəşəm layihələr var. Xalqın dəstəklədiyi və inandığı liderin bu mühüm qərarı öz müsbət nəticəsini mütləq göstərəcəkdir.

 

“Aznar” şirkəti yeni-yeni layihələrin həyata keçirilməsində birinci olacaq.

 

İlqar Quliyev

Göyçay

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər