{category-title}

Arvadı evdən gedən azərbaycanlı kişi görün nə etdi - DƏHŞƏTLİ OLAY

 

Bakıda qohumunu öldürməyə cəhd etməkdə təqsirli bilinən Qobustan rayon sakini, 1976-cı il təvəllüdlü Məhərrəm Məlikovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az-ın xəbərinə görə, Məhərrəm Məlikovun arvadı Məlahət onunla mübahisə edib və acıq edərək, yaşadığı evi tərk edib. Məlahət atası evində 10 gün yaşayıb.
 
Arvadını geri qaytarmaq istədi
Bundan 10 gün sonra, yəni 2016-cı ilin yanvarın 8-də, saat 21 radələrində Məhərrəm Məlikov qayını Səməd Ağayevlə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Dairəvi küçəsində görüşüb.
Məhərrəm Məlikov qaynından 10 gün əvvəl mübahisə edərək ata evinə getmiş arvadının evə qayıtmasında köməklik etməsini xahiş edib. Səməd Ağayev isə bacısının geri dönməsinə etiraz etməsə də, sonuncunun özünün qayıtmaq istəmədiyini deyib.
Qaynından xahiş etdi, rədd cavabı aldı
Bundan sonra Məhərrəm Məlikov həmin gün saat 22.11 və 22.15-də Səməd Ağayevin mobil telefonuna zəng edib. O, qaynından Məlahətin geri gətirməyini xahiş edib.
Səməd Ağayev isə Məhərrəm Məlikova Məlahəti geri gətirməyəcəyini deyib və onun ünvanına nalayiq sözlər işlədib. Məhərrəm Məlikov yaşadığı Binəqədi qəsəbəsi, Gülüstan küçəsinə gedərək orada saxladığı ov tüfəngini götürüb.

Daha sonra Məhərrəm Məlikov qaynının gözətçi işlədiyi Bakı-Sumqayıt yolunun 8-ci kilo metrliyində yerləşən "Eurohome” tikinti materiallarının satışı bazarına gəlib. Səməd Ağayev onun bazarın ekoloji nəzarət postuna yaxın girişində tüfənglə gəldiyini görüb. Səməd Ağayev onun qarşısına çıxaraq "güllə atmayanın” ünvanına təkrar nalayiq sözlər işlədib.

Təkrar söydü, atəş açdı
Bu zaman Məhərrəm Məlikov Səməd Ağayevdən qisas alaraq öldürmək məqsədilə ona bir dəfə atəş açıb. Səməd Ağayevə xəsarət yetirən Məhərrəm Məlikov aradan çıxıb.
Yaxınlıqda olan mühafizə postunda xidmət aparan Binəqədi rayon mühafizə idarəsinin polis nəfəri Elçin Qəmbərovun atəş səsinə bayıra çıxıb və yaralı Səməd Ağayevi vaxtında xəstəxanaya çatdırıb. Ona ixtisaslı tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Məhərrəm Məlikovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

10 il 6 ay cəza kəsildi, 6 ay cəzadan çıxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhərrəm Məlikov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Məhərrəm Məlikov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Məhkəmə Məhərrəm Məlikovun şikayətini qismən təmin edib və onun cəzasının 9 ilə endirilməsi barədə qərar qəbul edib.

Bu qərardan narazı qalan Məhərrəm Məlikov kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə onun kasasiya şikayəti təmin olunmayıb.

Son xəbərlər

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Bütün xəbərlər