{category-title}

SOS: Bakıda saxta içkidən zəhərlənənlərin sayı artır - Yeddinci qurban xəstəxanaya yerləşdirildi

 

Dekabrın 26-da daha bir gənc “kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Metanolun yeddinci qurbanı Sumqayıt sakini, 1996-cı il təvəllüdlü İsmayılov Elmin İskəndər oğlu olub. O, Bakının Babək prospektində yerləşən “Piano” restoranında içdiyi ucuz viskidən zəhərlənib.

Bundan əvvəl bildirilmişdi ki, kütləvi zəhərlənmələrə görə dekabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4 və 314.2-ci maddələri ilə cinayət işi açıldığı barədə Səhiyyə Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar.

İstintaqı Bakı Şəhər Prokurorluğu aparır.

Araşdırma zamanı müəyyənləşdirilib ki, “Baku City” restoranının müdiri Füzuli Alıyev və Xəyal Cəfərov “Chivas Regal 12” viskisini “Everest” restoranına ucuz qiymətə satıb. Bu içkini içdikdən sonra Sərxan Bayramov və Mustafa Mustafayev ölüb, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyev alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan dəfələrlə yüksək olduğu (76,6%) və bu içkilərin insan həyatı üçün təhlükəli olduğu aşkar olunub.

Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər