{category-title}

Peyvəndin bilmədiyimiz zərərləri... - HƏKİMLƏR AÇIQLAYIR

 Bir neçə gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə keçirilən sammitin iştirakçıları peyvəndlərin təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
Təşviş yaradan meyillərdən biri valideynlərin kənar təsirlər qorxusundan öz uşaqlarını peyvənd etdirmək istəməməsidir. Bu problem elə miqyas alıb ki, iyun ayında BMT-də immunizasiyadan imtinaya həsr olunmuş yüksək səviyyəli görüş keçirilib.
BMT Uşaq Fondunun (UNİSEF) başçısı Henriyetta For deyib:

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, immunizasiya hər il 2-3 milyon insan həyatını xilas etməyə imkan verir. Vaksinlər kəşf olunana qədər hər il milyonlarla uşaq difteriya, qızılca, poliomielit, tetanus, meningit və göyöskürək kimi ağır xəstəliklərə yoluxurdu. Bu xəstəliklər çox vaxt ölümlə nəticələnir, yaxud əlilliyə gətirib çıxarır”.

ÜST-dən bildiriblər ki, peyvəndlər son dərəcə səmərəli və təhlükəsizdir. Lakin müvəqqəti cüzi kənar təsirlər, məsələn, qolda ağrılar və ya hərarətin azacıq yüksəlməsi ilə müşayiət oluna bilər. Daha ciddi fəsadlar son dərəcə nadir hallarda – milyonda bir dəfə baş verir.
Qeyd edək ki, artıq uzun illərdir tibb sahəsi üzrə ekspertlər, alimlər peyvəndləmə ilə bağlı ortaq qərara gələ bilmirlər. Onların bir hissəsi peyvəndin xeyirini inkar edir, bir hissəsi isə faydalarını sübut etməyə çalışırlar.

Professor, tibbi ekspert Adil Qeybulla Lent.az -a bildirib ki, peyvəndləmə çox vacibdir:

“Bu gün kütləvi infeksion xəstəliklərin olmamağının əsas səbəbi elə budur. Ümumdünya Səhiyyə Təşkilatının xüsusi təhlükəli infeksiya qrupuna dörd - taun, vəba, sarı qızdırma və təbii çiçək daxildir. Bunlardan təbii çiçək peyvəndləmə nəticəsində yoxa çıxıb. Bu gün biz yaşlı nəslin qollarına nəzər yetirsək, onlarda təbii çiçəyin peyvənd izlərini görərik. Sözügedən peyvəndləmə nəticəsində təbii çiçək xüsusi təhlükəli infeksiya reyestrindan çıxıb”.
Professor deyib ki, əgər peyvəndləmə edilməsəydi, dünyada bu qədər əhali olmazdı:
“Peyvənd sayəsində bu gün uşaqlar göyöskürək, qızılca və digər infeksion xəstəliklərə yoluxmurlar. Bu, böyük nəaliyyətdir. Məsələn, Hepatit D virusun elə formasıdır ki, onun müalicəsi yoxdur. Bu virus qaraciyərin iltihabına gətirib çıxara bilir. Buna baxmayaraq, Hepatit D-nin əleyhinə vaksin var, ondan istifadə edən şəxslər xəstələnmirlər.
Peyvəndləmədə qeyri-adi bir şey yoxdur və onun orqanizmə zərəri ola bilməz. Bu səbəbdən ona qarşı çıxanları başa düşmürəm. Vaksindən ölüm hallarına gəlincə, hər şeydən, qidadan, dərmandan da ölüm baş verə bilər. Sadəcə, allergiyası və ya digər problemləri olan şəxslər peyvənddən qabaq müəyyən dərmanlar qəbul etməlidir və əks təsirin qarşısı alınmalıdır”.
A.Qeybulla əlavə edib ki, bütün dərman preparatları kimi vaksinlərin də istehsalında, eləcə də bütün dövriyyə sistemində qaydalara riayət edilməlidir:
“Vaksinlər xüsusi nəzarət altında olmalıdırlar. Onların zərər görməsi, keyfiyyətini itirməsi bir çox problemlərə gətirib çıxara bilər.
Qeyd edim ki, Səhiyyə Nazirliyi bu işə ümumi nəzarəti həyata keçirir. Sadəcə, vaksinləri istehsal edən, gətirən, daşınmanı reallaşdıran ayrı-ayrı şirkətlər məsuliyyətli olmalıdırlar. Hər halda, bununla bağlı problemlər var və biz bunu etiraf etməliyik. Düşünürəm ki, bu problemlər həll edilməlidir”.
Məşhur pediatr Sara Mansurova isə saytımıza bildirib ki, ölkədə poliklinikalara verilən vaksinlərə dövlət özü nəzarət edir və onlar dövlət xətti ilə gəlir:
“Peyvəndin olunub-olunmaması ilə bağlı illərdir ki, müzakirə və mübahisələr gedir. Bu ilin yanvar ayında Rusiyanın Kaluqa şəhərində tənəffüs sistemlərinin xəstəlikləri ilə bağlı konfransda iştirak etdim. Orada da peyvəndlərlə bağlı müzakirə aparıldı. Konfransda vərəm əleyhinə peyvəndləmədən danışdılar və bildirdilər ki, artıq Amerikada və Kanadada, eləcə də Almaniyada, İngiltərədə BSJ-dən (Calmette-Guérin basilası) imtina ediblər. Çünki BSJ vərəmdən tam qoruya bilmir. BSJ ancaq uşaqlarda meningetin qarşısını ala bilir.
Həmin ölkələr vərəmdən qorunmanın daha asan, başqa yollarını tapıblar. Ancaq bu sözlərin qarşılığında ruslar məlumatlarla peyvəndlərin müsbət nəticələrindən danışdılar”.
S.Mansurova deyib ki, epidemiyanın, qızılcanın qarşısını almaq üçün peyvənd çox vacibdir:
“Ümumiyyətlə, peyvənd epidemiyaların qarşısını almaq üçündür. Epidemiyaların qarşısını almaq isə çox vacibdir. Buna görə də peyvəndin aparılmasının lehinəyəm”.

Son xəbərlər

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər

Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Anar Quliyev: "Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

Nazir direktoru işdən çıxardı

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Parlamentdə müzakirə ediləcək əsas məsələlər açıqlandı

Azərbaycanda yaşa görə pensiya ARTIRILIR

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq

ABŞ İrandan nə istəyir? - Xamenei AÇIQLADI

Prezident Gənclər Günü münasibətilə paylaşım edib

Məktəblərdə qış tətili başa çatdı

Əziz gənclər, bayramınız mübarək!

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq - YENİLƏNİB

Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

İranda internet bərpa olundu

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

Bütün xəbərlər