{category-title}

Jurnalistin Prezidentə növbəti müraciətində söhbət hansı "Bermud üçbucağı"ndan gedir?

 

Bu ilin yayında Masallı "İstisu" sanatoriyasında ailəsi ilə birgə dincələrkən avtomobili qarət olunmuş "Mediatv.az" informasiya portalının baş redaktoru Əfqan Bəhluloğlu özünün feyzbuk səhifəsində ölkə başçısına növbəti açıq müraciətini paylaşıb.Avtomobili qarət olunan jurnalist yeni təfərrüatlar söyləyib.Sayt rəhbəri bu dəfəki müraciətində oğurlanmış zinət əşyalarının tapılmamasında rayon polisinin maraqlı olmadığına şübhələrini əsaslandıran daha bir tutarlı arqument açıqlayıb:
 Möhtərəm Prezident!
   Siz noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən verdiyiniz önəmli mesajlardan birində vətəndaşlara bir çox hallarda neqativ hallarla üzləşdikdə müvafiq orqanlara məlumat verdiklərinə görə minnətdarlıq ifadə etdiniz. Həmçinin, qeyd etdiniz ki, bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Əgər vətəndaş xalqın və dövlətin mənafeyi naminə ictimai nəzarət prosesində iştirak etməlidirsə, jurnalist bunu etməyə ikiqat borcludur. Şəxsən mən özüm və baş redaktoru olduğum "Mediatv.az" informasiya portalının kollektivi daim Sizin çağırışınıza səs verərək, müşahidə etdiyimiz qanunsuzluqlara rəvac verən vəzifəli şəxsləri haqlı tənqid etmişik. Və çox təəssüflər olsun, iş elə gətirib ki, hazırda qanunla qorunmalı olan mənafeyim, hüquqlarım məhz tənqid etdiyim şəxslərdən asılı vəziyyətə düşüb. Odur ki, məni - daim Sizi, Sizin şəxsinizdə dövləti, dövlətçiliyi dəstəkləyən jurnalisti meydanda tək qoymayacağınız ümidilə təkrar müraciət edirəm.  
         Sizə ünvanladığım əvvəlki müraciətimdə bildirdiyim kimi, bu il iyul ayının 28-də ailəmlə birgə Masallıda - İstisu istirahət mərkəzində dincəldiyim vaxt orada avtomobilim günün günorta çağı, izdihamlı bir yerdə qarət olunmuş, şüşəsi qırılaraq salonundan oğurluq edilmiş, mənə və ailə üzvlərimə məxsus, hazırki qiymətlərlə 20000 (iyirmi min) manat dəyərindən yuxarı qızıl zinət əşyaları və sənədlər götürülmüşdür.Sürətlə "aparılaraq" təcili şəkildə məhkəməyə ötürülən cinayət işi qeyri-obyektiv, qərəzli, birtərəfli qaydada və heç bir maddi sübut tapılmadan aparılmışdır. Xeyli uyğunsuzluqlar ortada olsa da, mənim və ailə üzvlərimin cinayət işinin materialları və maddi sübutlarla vaxtında tanış olmaq hüququmuzdan istifadə edə bilməməyimiz üçün, istintaqın gedişindəki qanun pozuntularını aşkar etməməyimiz  və istintaqın sürətlə yekunlaşdırılmasına mane olmamağımız üçün Masallı polisi yayındırıcı bütün mümkün tədbirləri görüb. Polis cinayət işinin istintaqını prosessual nəzarətin olmaması səbəbindən istədiyi kimi aparmış, hansısa maraq naminə günahsız adamı təqsirkar çıxarmaqdan belə çəkinməmişdir.
         Cinayət işinin obyektiv araşdırılmasından ötrü onun yenidən istintaqa qaytarılması üçün məhkəmə qarşısında vəsadət qaldırdım.Ortada kifayət qədər qanun pozuntusu olsada məhkəmə cinayət işini ibtidai istintaqa qaytarmadı.Bununla hakim reputasiyasına xələl gətirmək istəməyib.Əks halda polis rəisi,prokuror və müstəntiqlə üz-üzə gəlməli idi.
         Xatırladım ki, hadisədən az müddət öncə  Masallı rayonunda sahibkarın polis rəisi tərəfindən incidilməsi barədə faktlara söykənən tənqidi məqalələr yazmış, Mediatv.az saytında dərc etmişdim. Bunu özümə həm vətəndaş, həm də jurnalist kimi borc bilmişəm. Mənim əslində həmin ərəfələr tənqid etdiyim yerli polis tərəfindən izlənildiyini hiss etdiyim avtomobilimdən edilən oğurluğun tamamilə başqa şəxs tərəfindən törədilməsi ehtimalını qətiyyən nəzərə almayan Masallı polisinin ortada heç bir maddi sübut olmadan, ola bilsin başqa oğurluq üstündə yaxalanmış Nurlan Səmədovun boynuna qoyması şübhələnməyimə ciddi əsas verir ki, istintaqın mənə sərf edən nəticəni verməməsi məhz peşə fəaliyyətimlə bağlıdır və polis rəisinin tənqidə dözümsüzlüyünün, jurnalistdən qisas almasının təzahürüdür.Təbii, sual oluna bilər ki, Masallı Rayon Polis Şöbəsinin rəisinin barəsində tənqidi məqalə yazmağım onu qarət işini obyektiv araşdırmamaqda suçlamağıma yetərlidirmi? Məsələ burasındadır ki, qarət barədə "102" xidmətinə xəbər verdiyimdən dərhal sonra hadisə yerinə gələn 20-30 nəfər polis əməkdaşlarının arasındakı zabitlərin bir neçəsi məni və qohumlarımı tanıdıqları, hətta hansı nəsildən olduğumu bildikləri məlum oldu. Mənə belə yəqin hasil olur ki, çoxdan, yəni, rəisləri barədə tənqidi məqalə yazandan bəri polislərin nəzarətində olmuşam.Avtomobilimdən hansısa öyrədilmiş şəxs sənədlərimi götürməklə arasında toplamış ola biləcəyim faktları (məsələn, polisdən incik düşmüş digər sahibkarların şikayətlərini), materialları da aparacağına ümid edibmiş. Lakin, zinət əşyalarını görüncə, ya nəfsini cilovlaya bilməyib, ya da əməlinə qarət donu geyindirmək üçün fürsət tapıb.    
         Cənab Prezident, çağırışınıza hay verərək gördüyüm neqativ halları işıqlandırdığım üçün başıma gələn bu oyunlar barədə müraciət etmədiyim ünvan qalmayıb. İndiyədək yuxarı instansiyalara - Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ombudsmana 25-dən çox teleqram vurmuş, məktublar yazmışam, problemimi mətbuatda ictimailəşdirmişəm. Görünən odur ki, dövlət qanunlarına "reket" kimi  meydan oxuyan Masallının polis rəisi məhkəməyə də təsir göstərmək, özünün istədiyi kimi qərar çıxarılmasına nail olmaq istəyir. Masallı polisindən, rayon prokurorluğundan, rayon məhkəməsindən ibarət "Bermud üçbucağı" bu gün sanki mərdi qova-qova namərd etməyə çalışır. Əminəm ki, müraciətnamələrim Sizə yetişməyib, yoxsa, problemimə biganə qalmaz, həllinə köməkliyinizi əsirgəməzsiniz.Şikayətlərimin Sizə çatması yolunda əngəllər qalmaqda davam edir.
         Sizə güvənir, arxalanır və müraciətimin müsbət həlli üçün edəcəyiniz köməkliyə görə qabaqcadan minnətdarlığımı bildirirəm.
 
Əfqan Bəhluloğlu

 Mediatv.az İnformasiya Portalının Baş redaktoru   

Son xəbərlər

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq

Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB

İlham Əliyev Kalaşnikovu qəbul edib

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA

Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt

İlham Əliyev KAICIID-in baş katibini qəbul etdi - Fotolar

Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH

Prezident ipoteka haqqında qanunu təsdiqlədi

Paşinyan İctimai Televiziyaya müsahibə verdi - 4 kənddən DANIŞDI

Əli Əsədov Türkiyə rəsmisini qəbul etdi

Vüqar Qurbanov ona vəzifə verdi

İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır

Ədalət Haciyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Mikayıl Cabbarov: "Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək"

Bütün xəbərlər