{category-title}

Yeni orfoqrafiya lüğəti dekabrın sonuna kimi nəşr olunacaq? - CAVAB

 

 

 

Azərbaycan dilinin orfoqrafiya lüğətinin 7-ci nəşri bu ilin sonuna kimi istifadəçilərin ixtiyarına veriləcək.

Bu barədə Lent.az -a filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu məlumat verib. Onun sözlərinə görə, lüğət nəşriyyata təqdim olunub: “Hazırda yeni orfoqrafiya lüğətini yığırlar, formata salırlar. Heç bir problem yaranmasa, dekabr ayının sonuna kimi nəşr olunacaq”.

M.Nağısoylu onu da bildirib ki, yeni lüğətdə 97 mindən artıq söz yer alıb: “Lüğətə 4 minə yaxın yeni söz əlavə edilib, amma bununla yanaşı, çıxarılan sözlər də var.


Məsələn, irq adları əvvəlki lüğətdə yox idi, indi salınıb. Bəzi unudulan sözlər var idi. Məsələn, "uzaq", "ora" kimi sözlər lüğətdə yox idi. Dilimizə 6 ildə çoxlu yeni sözlər daxil olub. Həmin sözlər də lüğətdə yer alıb”.

Dilşünas, professor Buludxan Xəlilov isə bildirib ki, yeni lüğətdə fellərin yazlışı əsasan bir variantda verilib: “Məsələn, , "yazmaq", "yazdırmaq" kimi fellər, sadəcə məsdər formasında verilib. Lüğətdə vaxtilə elmi ictimaiyyətin geniş müzakirəsinə səbəb olan sözlər, qaydalar hamısı ənənəvi qaydada saxlanılıb. Məsələn, qoşasamitli sözlər, alqı-satqı kimi sözlərin hamsısı əvvəlki kimi qalıb”.

B.Xəlilov onu da bildirib ki, 1975-ci ildən indiyə kimi nəşr olunan orfoqrafiya lüğətlərinin girişində sözlərlə bağlı qaydalar yer almırdı: “Yeni lüğətdə isə 61 maddədən ibarət ümumi qaydalar da girişdə yer alıb. Bu qaydalar indiyə kimi çap olunmuş lüğətlərdəki sözlərlə bağlı olan mövcud qaydalardır. Bəzən cəmiyyətdə belə fikir yaranır ki, qaydaların verilməsi lüğətdəki dəyişikliklə bağlıdır, amma belə deyil. Sadəcə olaraq, indiyə kimi olan nəşrlərdə qaydalar lüğətdə verilmirdi. Həmin qaydalar ona görə verilir ki, lüğətdən istifadə edənlər girişə baxsınlar və qaydaların təlimatına uyğun yazıya əməl etsinlər. Yəni qaydaların lüğətdə verilməsi istifadəçilərin yazı ilə bağlı məsuliyyətini artıracaq”.

 

Son xəbərlər

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bu gün Suraxanıda işıq kəsiləcək

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

İsrail ordusunun Livana hücumlarında 303 nəfər ölüb

Danışıqlarda İranı onlar təmsil edəcək

İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib - YENİLƏNİB

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub

Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb

Vüsal Hüseynov BMT rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlığı müzakirə edib

Bütün xəbərlər