{category-title}

Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsinin GİZLİ SƏBƏBLƏRİ - Bir-birlərini “qırmaq”la məşğul oldular...

 

 

“Palatada idarəetmə problemi vardı, kadr potensialı zəif idi”.

Bunu hüquqşünas Əkrəm Həsənov Redaktor.az-a açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilməsi məsələsinə müasibət bildirən zaman deyib.

Onun sözlərinə görə, Palatanın süquta uğramasında iki səbəb var: Obyektiv və subyektiv:

“Obyektiv səbəb elə də güclü deyildi. Palata böhran zamanı yaradıldı - 2016-cı ilin mart ayında. Həmin vaxtlar bank sistemi böhran içində idi. Mərkəzi Bankın öz işini qənaətbəxş görməməsi göz qabağında idi.

Subyektiv səbəb isə və nəzarətd etdiyi qurumlardan asılı vəziyyətdə idi. Yəni, banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və s.

2016-cı ildə Palatanın sənədlərinin, o cümlədən nizamnaməsinin hazırlanmasında iştirak etmişəm. O zaman Palatanın daha effektiv fəaliyyət göstırməsi üçün təkliflər vermişdim. Lakin hamısı qəbul edilmədi. Zaman isə haqlı olduğumu göstərdi. O zaman təklif etmişdim ki, Palata dövlət büdcəsindən maliyyələşdirilməlidir, amma başqa yolu seçdilər. Palata nəzarət etdiyi qurumlar tərfindən maliyyələşdirildi. Palatada pul ciddi problem idi. Buna görə də, nəzarət edə bilmirdi. Təsəvvür edir, sizin nəzarət etdiyiniz qurum sizə pul verir. Ona necə nəzarət etmək olar?

İkinci problem Palata yaranan zaman orada iki idarəetmə orqanı var idi - Direktorlar şurası və İdarə heyəti. Şuranın rəhbəri Rüfət Aslanlı, İdarə heyətinin rəhbəri də İbrahim Alışov idi. 2016-cı ildə deyirdim ki, bu orqanlar arasında fikir ayrılıqları olacaq. Həqiqətən belə də oldu. Onlar iki il ərzində bir-birlərini “qırmaq”la məşğul oldular. Ötən ilin oktyabr ayında Prezident iki orqandan birini – Direktorlar şuasını ləğv etdi. Artıq Palata iflic vəziyyətdə idi. Son nəticədə Palatanın rəhbəri İbrahim Alışov qaldı. Sonra Palatanın vəziyyəti pisləşdi. Ona görə səlahiyyətlərini yenidən Mərkəzi Banka qaytardılar. Hətta artıqlamasıyla”.

Keçmiş maliyyə naziri Fikrət Yusifov Redaktor.az-a açıqlamasında bildirib ki, bu struktur onun qarşısında qoyulan vəzifələrin icrasını demək olar ki, reallaşdıra bilmədi:

"Palatanın yaradılmasında əsas məqsəd 2015-ci ilin maliyyə təlatümlərindən – ilk növbədə milli valyutamızın məzənnəsinin bir il ərzində iki dəfədən çox ucuzlaşmasından sonra ölkənin maliyyə sistemində yaranmış boşluqları aradan qaldırmaq idi. Lakin təəssüf ki, bu struktur onun qarşısında qoyulan vəzifələrin icrasını demək olar ki, reallaşdıra bilmədi. Məsələn, ölkə başçısının nağdsız hesablaşmalarla bağlı imzaladığı qanunun icrası istiqamətində Palatanın atdığı bəzi səriştəsiz və qeyri-peşəkar addımlar özəl sektorun fəaliyyətinə uzun müddət ciddi əngəllər yaratdı. Manatın iki kəskin devalvasiyasından sonra bir ay vaxt götürüb bu problemin çözülməsi üzrə tədbirlər planı işləmək istəyən Palata bir ayın yekununda gülünc bir sənəd ortaya qoydu. Bu sənəddə verilən təkliflərin heç biri ciddi deyildi və ciddi olmadıqları qədər də devalvasiyadan sonra xarici kreditlər üzrə ödənişlərdə yaranmış problemi bir qədər də dərinləşdirdi.

Ölkə Prezidenti bu ilin fevral ayının 28-də problemli kreditlərlə bağlı yaranmış çətinliklərin həlli məqsədilə çox dəyərli bir Fərman imzaladı. Fərman biz maliyyəçilərin gözlədiyindən də əhatəli və maliyyə tutumlu idi. Hər kəs düşünürdü ki, onun düzgün icrası cəmiyyətdə yaranmış bu problemin həllini başa çatdıracaq. Ancaq yenə də təəssüf olsun ki, bunun əksi baş verdi. Fərmanın icrası ilə bağlı çoxsaylı yanlışlıqlara, süründürməçiliklərə yol verildi. Məzənnə fərqi şəklində kompensasiya alıb xarici valyutada olan kreditini bağlamalı olan bir çox insanın problemləri hələ də həll olunmayıb və onlar aylardır ki, süründürülürlər. Bax bu şəkildəki fəaliyyətin sonu da belə olmalı idi. Mən bir peşəkar maliyyəçi kimi mətbuat səhifələrində bu Palatanın fəaliyyətinə - daha doğrusu fəaliyyətsizliyinə qiymət verib, onun ləğv edilməsini təklif etmişdim. Cənab Prezidentin bu qərarını alqışlayıram. Özünü döğrultmayan belə qurumlar ləğv edilməlidi. Çünkü belə qurumların fəaliyyətindən bəhrələnmək əvəzinə insanlar da müəssisələr də ziyan çəkirlər".

Qeyd edək ki, 3 fevral 2016-cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün, 28 noyabr tarixində sərəncam imzalyıb.

Son xəbərlər

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bu gün Suraxanıda işıq kəsiləcək

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

İsrail ordusunun Livana hücumlarında 303 nəfər ölüb

Danışıqlarda İranı onlar təmsil edəcək

İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib - YENİLƏNİB

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub

Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb

Vüsal Hüseynov BMT rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlığı müzakirə edib

Bütün xəbərlər