{category-title}

Pensiya və sosial yardım alanlar üçün — VACİB XƏBƏR

 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının verilməsində sosial sığorta prinsipinin gücləndirilməsini özündə ehtiva edən qanunvericilik layihəsi hazırlanıb".

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin qanunvericilik layihəsinin qəbul edilməsi ilə paralel olaraq sosial müavinətlər haqqında qanunlara dəyişiklik ediləcək:

"Eyni zamanda Azərbaycan Prezidentinin adından təsis edilib ödənilən təqaüd təminatı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.

Həmin layihələrin həyata keçirilməsi ilə yenə də müavinət və təqaüdlərin, əmək pensiyalarının hesablanmasında yeni yanaşmalar nəzərə alınmaqla əmək pensiyalarının ümumi məbləğinin artırılması nəzərdə tutulub.

Hazırda layihələr müzakirə olunur və aidiyyəti üzrə baxılıb rəy və təkliflərin bildirilməsi üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilib.

Bundan başqa ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır".

B.Hüseynov vurğulayıb ki, yeni təqdim edilmiş təkliflərə əsasən, sosial yardımların verilməsində daha rahat müraciətlərin təmin edilməsi nəzərdə tutulur, yəni bunun üçün heç bir sənəd tələb edilməyəcək:

"Bu, sosial yardımların orta məbləğinin artırılmasına, eyni zamanda sosial yardım alan ailələrin əhatə dairəsinin genişləndirilməsinə ünvanlanan bir layihədir.

Qeyd olunan layihələrin növbəti il ərzində mərhələli şəkildə hökumət tərəfindən qəbul olunması planlaşdırılır".

B.Hüseynov bildirib ki, bu ilin sentyabrında pensiyaların minimum məbləği 200 manata çatdırılıb. Bu da alıcılıq qabiliyyəti göstəricisinə görə MDB-də ən yüksək göstəricilərdən biridir.

Növbəti ilin əvvəlində mövcud qanunvericiliyə əsasən, pensiyaların sığorta hissəsinin indeksasiyası nəzərdə tutulub.

Həmin indeksasiya 2019-cu il ərzində orta aylıq əməkhaqqının artım tempi ilə bağlı olan rəqəmə əsasən aparılacaq:

"Bu il minimum əməkhaqqlarının artırılması orta aylıq əməkhaqqının böyük faizlə artımına səbəb olub. Buna əsasən demək olar ki, indeksasiya faizi böyük olacaq.

Ancaq indeksasiya Dövlət Statistika Komitəsi tərəfindən müvafiq hesablamalar aparıldıqdan sonra adətən yanvarın sonu, fevral ayının əvvəlində aparılır.

Qanunvericiliyə dəyişiklik özündə pensiyaların artımını ehtiva edir. Bu, ayrıca bir layihə çərçivəsində baxılıb və qəbul ediləcəyi halda yenə də pensiyaların məbləğində artımlar nəzərdə tutulacaq.

Artımlar əsasən pensiyanın minimum məbləğlərinə şamil olunacaq. Bu da bir çox göstəricilərdən asılı olaraq təhlillər nəticəsində müəyyən olunur”.

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər