{category-title}

Fobiya və onun növləri

 

Qeyri-adekvat reaksiyaya səbəb olan patoloji qorxular fobiya adlanır. Psixiatriyada fobiyalar təfəkkürün pozulması ilə xarakterizə olunan sayrışan hallara aid edilir. Digər sayrışan hallar kimi fobiyalar da iradədən asılı olmayaraq yaranır və qorxu sahibi vəziyyətə tənqidi yanaşsa da, ondan təkbaşına xilas ola bilmir.

Milli.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova fobiyalar haqqında AZƏRTAC-a məlumat verərək deyib: "Müasir psixiatrik araşdırmalar fobiyaların 300-dən artıq növünü qeydə alıb və onlara bir neçə formada təsadüf olunur. Qorxu fabulasının xarakterinə əsasən fobiyaların müxtəlif növləri ayırd edilir.

Birinci qrupa müxtəlif xarakterli fəza qorxuları aid edilir. Onlardan ən məşhuru klaustrofobiya - qaranlıq məkanlardan qorxmadır. Bunun əksinə olaraq açıq sahələrdən qorxma isə aqorafobiya adlanır. Klaustrofobiya adətən uçqundan xilas olmuş şaxtaçılarda və ya qəza keçirmiş sualtı gəmilərin heyət üzvlərində, həmçinin eyni təhlükəli situasiya ilə üzləşən sadə adamlarda da təsadüf edilir.

Olduqca geniş yayılmış ikinci qrupda sosiofobiyalar cəmləşir. Məsələn, müəyyən auditoriya və ya tamaşaçı qarşısında çıxış etmək, diqqət mərkəzində olmaq, cəmiyyət içində hər hansı bir hərəkət etmək, hətta sevdiyini itirmək qorxusu da ona aid edilir.

Hər hansı bir xəstəliyə yoluxmaqdan qorxu hissi nozofobiyalarda toplanır və epidemiyalar zamanı daha çox kəskinləşir. Başqa bir qrupa tanatofobiya, yəni sayrışma dərəcəsində ölümdən qorxu aid edilir və s.

Fobiyaların yaranma mexanizmi tam araşdırılmasa da, qorxulara meylli olanların kateqoriyası müəyyənləşdirilib. Bu sahədə genetik faktor xüsusi yer tutur. Fobik pozulmalar valideynləri xasiyyətcə narahat və həyəcanlı olan ailələrin uşaqlarında baş verir və onlar tərbiyə prosesində uşağa öz qorxu və həyəcanını ötürmüş olurlar. Zəngin təxəyyülə malik emosional cəhətdən həssas olanlar fobiyalara daha çox meyllidirlər. Müəyyən edilib ki, panik qorxular çox vaxt konkret hadisə ilə provakasiya olunur və həyatında bircə dəfə panik hücum yaşayanlar oxşar situasiyaların baş verməsini hər vəchlə əngəlləməyə çalışır".

Psixoloq daha sonra deyib: "Maraqlıdır ki, fobiyalar yaşlılarda nadir hallarda aşkarlanır, ehtimal ki, həyata baxışın sadələşməsi qorxuların aradan qalxması ilə nəticələnir. Uşaqlıq və yeniyetməlik illərində başlayan panik qorxular müalicə olunmadıqda 45-50 yaşlarına qədər davam edir.

Fobiyaların əsas əlaməti xəstənin qorxu törədən və panik hücuma səbəb olan situasiyadan sayrışma dərəcəsində qaçmasıdır. Panik tutmanın bir sıra əlamətləri ayırd olunur: xəstə boğazda spazma hiss edir və boğulur, ürək döyüntülərinin sayı artır, bədəndə zəiflik, beyində tormozlanma hiss edir, az qala bayılacaq dərəcəyə çatma, soyuq tər basma, titrəmə, dəhşət hissini bürümə, bədəninə nəzarət edə bilməmək və s. Həmin əlamətlərin dördünün aşkar olunması fobiya diaqnozu qoymağa kifayət edir.

Fobiyaların müalicəsinin əsas prinsipi psixoterapiyadır. Bir neçə psixoterapevtik üsul daha səmərəli hesab olunur: koqnitiv-bixevioral terapiya, davranış terapiyası, hipnoz, sistematik desensibilizasiya, geştaltpsixologiya, relaksasiya və autotreninq üsulları. Müalicə üsullarının seçilməsi xəstə ilə söhbət əsnasında fərdi olaraq həyata keçirilir. Fobiyanın səbəbinin müəyyən edilməsi müalicənin uğurlu nəticələnməsinə yarıbayarı zəmanət verir. müalicənin əsas məqsədi xəstəni fobiyası ilə üz-üzə gətirmək, həmin qorxunu yaşadığı an özünüidarəetmə xüsusiyyətini itirməməyi öyrətmək və təcrübədə situasiyanın onun üçün heç bir təhlükə törətmədiyini göstərməkdir. Ən əsas cəhət odur ki, xəstə özünü vəziyyətdən çıxarmağa çalışsın. Bunun üçün iradə və cəsarət göstərib qorxunun üstünə getmək, hətta həmin halda qorxunun üstələməsinə imkan verməmək lazımdır. Nəticədə beyin qorxu mexanizmlərinin işə düşməsinə heç bir ehtiyac olmadığını anlayacaq və situasiyanın real olaraq heç bir təhlükə daşımadığını təhlil edə biləcək".

Son xəbərlər

Rusiyanın belini qıran mübaribənin 4-cü ili - TƏHLİL

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir

Prezident Naxçıvanda 40 subartezian quyusunun qazılması üçün Sərəncam imzalayıb

Ombudsman 2025-ci il üzrə məruzəsini Prezidentə təqdim edib

Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq

Hindistanda qəzaya uğrayan təyyarənin bütün heyəti ölüb

MM icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin daha 1 il uzadılmasını qəbul edib

Zelenski: Bu gün düz dörd ildir ki, Putin Kiyevi üç günə alır

Amnistiya aktı ilə 1537 nəfərin cəzası 6 ay azaldılıb

Böhtanla deyil, əməli ilə tanınan icra başçısı

BMT nümayəndəliyi "Su çərşənbəsi" münasibətilə Azərbaycanı təbrik edib

Səbuhi Mirzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq

Bu gün Novruzun ilk - Su çərşənbəsidir

BİZİM TƏQVİM: 24 fevralda baş vermiş tarixi hadisələr

Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb

ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub

Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edilib

MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib

Meksikadakı iğtişaşlarda ölənlərin sayı artdı

“Neftçi” yox desəydi... - Qurban Qurbanov

“AzərEnerji”də rəqəmsal idarəetmə müzakirə edildi

Zərdabda 5 günlük körpə öldü - Foto

Elməddin Bağıyev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Bütün xəbərlər