{category-title}
Gündəm / İdman
9.11.2019, 12:25
"Qalatasaray"da ciddi itkilər
"Qalatasaray" Superliqanın 11-ci turunda səfərdə "Qaziantep" ilə matça ciddi itkilərlə çıxacaq.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun 4 futbolçusu oyunda iştirak edə bilməyəcək. Radamel Falkao, Əmrə Akbaba, Şənər Özbayraklı və Yunes Belhanda zədə səbəbi ilə meydanda olmayacaqlar.
Qeyd edək ki, “Qaziantep” - "Qalatasaray” matçı bu gün Bakı vaxtı ilə 21:00 başlayacaq.