{category-title}

Araz Əlizadə yenə özünü ifşa etdi

 

Deputat: “O saat bilinir ki, siz türkpərəstsiniz...”

 

Deputat Araz Əlizadənin İTV-də yayımlanan 3D proqramında verilişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Osmanlı imperiyası, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanı xilasa gəlmiş Qafqaz İslam Ordusu barədə səsləndirdiyi fikirlər, həmçinin bir sıra digər ziddiyyətli açıqlamalar sərt etirazla qarşılanıb. Elə deputatın Milli Məclisdəki bəzi həmkarları A.Əlizadəyə kəskin cavab veriblər, bəziləri isə ondan heç olmasa susmağı tələb edib.

 

Modern.az Musavat.com-a istinadən xəbər verir ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlərin pik səviyyədə inkişaf etdiyi bir zamanda, üstəlik, türk düşmənlərinin “Bir millət, iki dövlət”ə qarşı aktiv şəkildə hərəkətə keçdiyi bu günlərdə birliyə, qardaşlığa çağırışların tələb olunduğu halda, azərbaycanlı deputatın belə iddialarla çıxış etməsi suallar doğurub, həmçinin Türkiyədə də etirazlar eşidilməkdədir. A.Əlizadəyə qarşı sosial şəbəkədə də sərt etirazları müşahidə edirik. Elə isə deputat niyə “qaşınmayan yerdən qan çıxartmağa” çalışıb, niyə özünü ictimaiyyətin hədəfinə çıxarıb, Türkiyə və Azərbaycanda etirazların olacağını bildiyi halda, deputat niyə belə fikirlər səsləndirib? Bütün bu suallara cavab almaq, A.Əlizadə ilə açıq söhbət etmək üçün onunla əlaqə saxladıq.

 

Araz bəy, səsləndirdiyiniz fikirlər birmənalı qarşılanmadı, sərt etirazlar doğurdu. Bunun fərqindəsinizmi?

 

Birinci dəfə deyil ki... Mən bunu 2015-ci ildə demişdim, indi yenə də təkrarladım. Mənə sual verdilər ki, siz bunu demisinizmi? Dedim, bəli, demişəm. Burada təzə nə var ki, sensasiyalıq? Saytda oturanların mövzusu yoxdur. Ona görə də vaxtaşırı həmin mövzunu saqqız kimi çeynəməyə başlayırlar. Mən dediyim sözün üstündə dururam və dəlillərimi də ortaya qoyuram ki, Osmanlı ordusu muzdlu ordu idi. Yoxsa başlarına at təpmişdi ki, Azərbaycanı pulsuz xilas etməyə gəlsinlər? Onlar heç Osmanlı imperatoru üçün pulsuz hərəkət etmirdilər.

 

Bu dediklərinizi sübut etmək üçün əlinizdə əsasınız, faktınız varmı?

 

Siz götürün tarixə baxın ki, Osmanlı ordusu muzdlu ordu idi, ya yox...

 

 - Sualımı təkrar edirəm, türk ordusunun Azərbaycandan qənimət apardığı barədə faktınız varmı?

 

Mən ömrümdə deməmişəm ki, buradan qənimət talayıb aparıblar. Mən demişəm ki, onlar pullarını alıblar və bizə kömək ediblər.

 

Pulu kimdən alıblar və nə qədər, bunu bilirsiniz?

 

Pulu Azərbaycandan alıblar, vallah yanlarında oturub saymamışam.

 

Bu, fakt deyil, ümumi sözdür.

 

Yox, ümumi söz deyil. Məntiq var. Əgər bu ordu hər yerə muzdla gedib müharibə aparıbsa, Azərbaycana muzdsuz gələ bilərmi?

 

Araz bəy, əvvəla, Azərbaycan “hər yer” demək deyildi...

 

Xeyr! Azərbaycan hər yerdir. Çünki onlar hətta Osmanlı imperatoru üçün müharibə aparanda muzdla döyüşürdülər. Onların maaşı ağça ilə verilirdi. Ağça gümüşdən olurdu. Sultanı devirmək istəyəndə ağçaya bir az çox mis qatırdılar, maaşları mislə verirdilər. Onlar da üsyan edib sultanı devirirdilər. Əgər sultanı, dini və siyasi rəhbəri pula görə devirirdilərsə, Azərbaycan da onlar üçün “hər yer” idi.

 

Yəqin bilməmiş deyilsiniz ki, hər bir orduda çalışan əsgər və zabitlər xidmətin qarşılığında müəyyən məbləğdə aylıq alırlar. Dedikləriniz Osmanlının təkcə Sarıqamışda şaxtadan donan 90 min əsgərinin ruhuna həqarət deyilmi?

 

Bir dəqiqə, sizə deyirəm. Oturun, düşünün, nə olub ki, onlar Azərbaycana muzdsuz gəliblər? Təsəvvür edin ki, bizdə qara yara olan Ermənistanın Azərbaycan torpaqlarında, tarixi torpaqlarımızda yaranması da osmanlıların əməyinin nəticəsidir. İngilislər onlardan tələb edəndə ki, “torpaq verin, ermənilər orda dövlət yaratsınlar”, osmanlılar heç Azərbaycana soruşmadan, Azərbaycanla məsləhətləşmədən İrəvan xanlığı ərazisində ermənilərə 9 min kv.km torpaq verdilər ki, dövlətlərini yaratsınlar.

 

Unutmayın ki, o zaman Bakının özü belə, bolşeviklərin və daşnakların nəzarəti altında idi, İrəvanda isə erməni quldurları azərbaycanlıları kütləvi şəkildə qovmağa başlamışdılar. Tiflisdə Xalq Cümhuriyyəti elan olunsa da, hökumət Azərbaycana köçə bilmirdi...

 

Mən sizə dedim ki, nəyə görə bunu deyirəm. Amma sizin sözünüzdən belə çıxır ki, ümumiyyətlə, Azərbaycan adlı ərazi olmayıb...(?red.) O saat bilinir ki, siz türkpərəstsiniz, (?-red.) mən isə Azərbaycanpərəstəm. Sizin üçün həyatınızda əsas Türkiyədir, mənim üçün Azərbaycan. Bir də deyirəm ki, onlar gəlib Bakıda kömək etdiklərinə görə minnətdaram, amma yalan da danışmayacağam ki, pulsuz-parasız gəlib kömək ediblər. Mövzu mənim üçün bitdi...

 

Bundan sonra telefonu qapadan deputatla yenidən əlaqə saxlayıb suallarımızın olduğunu deyirik, həmçinin telefonu bu şəkildə söndürməyin yaxşı hərəkət olmadığını xatırladırıq. Bu dəfə də qeyzlənir:

 

Siz zəng edib bir dəqiqə əvəzinə, 10 dəqiqədir ki, mənim vaxtımı alırsınız. Mənim ayrı işlərim yoxdur?

 

Mətbuata 10 dəqiqə vaxt ayırmaq çoxmu çətindir?

 

Siz sualınızı verdiniz, cavabınızı aldınız. Sağ olun.

 

Bunu deyib yenidən telefonu söndürdü. Hər halda, biz bütün müsahiblərimizlə etik normalar çərçivəsində davranmağa üstünlük veririk. A.Əlizadəyə tribuna verən media orqanlarının da sərt tənqid olunduğu bir məqamda deputatın fikirlərini öyrənib ictimailəşdirmək istədik. Ancaq digər suallarımızı dinləmək belə istəmədi. Olsun. Bu da onun münasibətidir. Hər halda, “Bir millət, iki dövlət”in rəyini nəzərə almayan A.Əlizadə üçün bir jurnalistin telefonunu söndürmək elə də çətin deyil əlbəttə ki... Fikirləri ilə qəti razılaşmasaq da bunları tarix üçün yazdıq.

Son xəbərlər

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Suriya və Livan arasında razılaşma imzalanıb

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib

Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb

İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"

Bütün xəbərlər