{category-title}

“ATƏT-in media üzrə nümayəndəsinin fikri birmənalı şəkildə qərəzlidir” — Mətbuat Şurası

 "ATƏT-in media üzrə nümayəndəsi Harlem Dezirin jurnalistlərin məlumat yaymaq hüquqlarını heç bir qorxu və maneə olmadan icra edə bilmədiklərinə dair fikri birmənalı şəkildə qərəzlidir. Anlaşılan budur ki, cənab Dezir aksiya ilə bağlı görüntüləri izləməyib, ümumiyyətlə prosesdən xəbərsizdir”.

"Ölkə.Az” xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov  ATƏT və digər beynəlxalq təşkilatların 19 oktyabr aksiyasında jurnalistlərin təzyiqlərə məruz qalması ilə bağlı səsləndirdiyi fikirlərə mövqeyini açılayarkən deyib.

Onun sözlərinə görə, oktyabrın 19-da Bakıda müxalifət nümayəndələrinin icazəsiz aksiyası ilə əlaqədar müxtəlif beynəlxalq təşkilatlar tərəfindən bəyanatlar səsləndirilir. Bu bəyanatların müəyyən qismi jurnalistlərin prosesi işıqlandırmaları vəziyyəti ilə bağlıdır. "İddia olunur ki, 19 oktyabr mitinqində media təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinə ciddi maneçilik törədilib, onlara görünməmiş təzyiqlər göstərilib. Obyektiv və subyektiv səbəblərdən hansısa qurumların, səfirliklərin belə mövqeyini müəyyən mənada təbii qarşılamaq mümkündür. Ancaq bu sayaq əsassız, qeyri-ciddi yanaşmanın ATƏT kimi nüfuzlu təşkilatın media üzrə nümayəndəsi tərəfindən də dövriyyəyə buraxılması təəccüb doğurur”- Mətbuat Şurasının sədri deyib.

O əlavə edib ki, Mətbuat Şurası mitinqdən öncə jurnalistlərə və hüquq-mühafizə orqanlarının təmsilçilərinə çağırış etdi: "Jurnalistlərin üzərində «PRESS» yazılmış gödəkçələrdə olmağa, ikinciləri isə birincilərin mitinqi işıqlandırmalarına şərait yaratmağa çağırdı. Bunu izləmək üçün Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvləri aksiya yerində oldular. Konkret mobil telefon nömrələri elan edildi və bildirildi ki, jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrlə əlaqə saxlaya bilərlər. Aksiya gedişində monitorinq qrupunun üzvlərinə müraciət edənlər də oldu. Ancaq müraciətlər jurnalistlərin aksiyanı işıqlandırmaları ilə bağlı ümumi mənzərəyə hər hansı təsir göstərmədi. Mənzərə isə bu idi ki, mitinqdə jurnalistlərin informasiya əldə etmələrinə şərait yaradılıb.

Aksiyanın keçirildiyi elə bir yer olmadı ki, orada jurnalistin fəaliyyətinə maneçilik törədilsin. Bunu mitinqlə bağlı yayılmış video-görüntülərin çoxluğu da təsdiq edir. Bu mənada ATƏT-in media üzrə nümayəndəsi Harlem Dezirin jurnalistlərin məlumat yaymaq hüquqlarını heç bir qorxu və maneə olmadan icra edə bilmədiklərinə dair fikri birmənalı şəkildə qərəzlidir. Anlaşılan budur ki, cənab Dezir aksiya ilə bağlı görüntüləri izləməyib, ümumiyyətlə prosesdən xəbərsizdir. Görəsən, o, hansı mənbənin məlumatına söykənərək bu qənaətə gəlib? Hər halda mitinqdə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparacağını öncədən bəyan edən yeganə təşkilat olan Mətbuat Şurasının fikrini öyrənməyib.

Qərəzliliyi, qeyri-obyektivliyi şübhə doğurmayan daha bir məqam budur ki, ATƏT-in media üzrə nümayəndəsi təzyiqə məruz qaldığını iddia etdiyi KİV-lərin adlarını çəkir. Nəzərə almır ki, jurnalistlərin əksəriyyəti gödəkçədəydilər. H.Dezirin qeyd etdiyi KİV-lərin nümayəndələri isə başqalarından heç nə ilə fərqlənmirdilər. Onlar digərləri ilə birlikdə demək olar ki, eyni yerdə eyni mənzərəni lentə alırdılar. Necə ola bilərdi ki, polis təzyiq göstərmək, fəaliyyəti məhdudlaşdırmaq üçün kimisə fərqləndirsin?

Bəli, belə görünür, cənab Dezir əvvəlcədən hazırladığı və konkret hədəfləri olan bəyanat mətnini yayıb. ATƏT kimi nüfuzlu qurumun təmsilçisinin daşıdığı həssas vəzifəyə bu qədər məsuliyyətsiz yanaşması təəssüf doğurur”.

Son xəbərlər

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Azərbaycan XİN İslandiyanı təbrik edib

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub

ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

Bakının iki rayonunda işıq olmayacaq

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Bütün xəbərlər