{category-title}

Texniki baxışla bağlı daha bir YENİLİK - 10 gün qalmış...

 

Texniki baxışla bağlı sürücülərə məlumat verilməsində yenilik edilib.
Bu təşəbbüs Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən irəli sürülüb və müsbət həllini tapıb.
İdarədən Lent.az -a verilən məlumata görə, BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, Baş DYP İdarəsi Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə “ASAN” xidmətə müraciət edərək texniki baxışın bitməsi barədə sürücülərə SMS vasitəsi ilə məlumat verilməsi xidmətinin yaradılmasını təklif edib.
Verilən təklif müsbət qiymətləndirilərək bu xidmət operativ şəkildə aktiv olunub.
Bundan sonra nəqliyyat vasitələrinin sahiblərinə texniki baxışın bitməsinə 10 gün qalmış SMS-lə məlumat verilməsi nəzərdə tutulur və növbəti texniki baxışdan keçirilməsinədək olan vaxt barədə də məlumat yazılır:
“Hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün yaradılmış elekton kabinetdə texniki baxışla əlaqədar müvafiq məlumatların yerləşdirilməsinə baxmayaraq, əvvəllər sürücülər narazılıq edirdi ki, texniki baxışdan keçmə vaxtını unutmuşam, üstündən 1-2 il vaxt keçib, yadımda qalmayıb, elektron kabinetdən də istifadə edə bilmirəm. Biz də bu problemi həll etmək üçün “ASAN” xidmətin köməyi ilə SMS məlumatlandırma xidmətini yaratmaq qərarına gəldik. Amma bunun üçün sürücülərin də atmalı olduğu bəzi addımlar var”.
Şöbə rəisi asanpay.az saytında qeydiyyatdan keçməyən sürücülərdən xahiş edir ki, həmin saytda FİN kod vasitəsilə elektron qaydada qeydiyyatdan keçsinlər və bu xidmət avtomatik olaraq həmin sürücülərdə aktiv olsun. Çünki sürücünün telefon nömrəsi sistemdə olmadıqda onlar bu xidmətdən yararlana bilməyəcəklər.

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər