{category-title}

Utanmasan, oynamağa nə var ki... - Paşinyan özü-özünü İFŞA EDİR

 

Gözlənildiyi kimi Türkiyənin “Sülh çeşməsi” hərəkatı bir sıra dövlət və hökumət başçıları tərəfindən etirazla qarşılandı.

Maraqlıdır ki, həmin rəsmilər arasında işğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan da var. Lakin Paşinyan daha da irəli gedərək, “Sülh çeşməsi” əməliyyatları ilə bağlı xüsusi iclas keçirib, Ankaranın addımlarını qınayıb. Əslində İrəvanın addımı gözlənilməz deyil. Ermənistanın PKK terrorçularına dəstək verməsi, onlara “qucaq açması” barədə məlumatlar dəfələrlə xarici kəşfiyyat qurumlarının hesabatlarında yer alıb. Ona görə də terrorçu ölkəyə rəhbərlik edən Paşinyanın bu addımını normal qarşılamaq lazımdır. Utanmasan, oynamağa nə var ki...

Məsələ ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a danışıb.

Politoloq hesab edir ki, Paşinyan özü Cənubi Qafqazın bugünkü vəziyyətində işğalçı dövlətin baş naziri kimi həm onun, həm də Ermənistanın günahkar olduğunu başa düşməlidir:

“Onun Hələblə bağlı açıqlaması ilə əslində Ermənistan özünü tora salmaqla məşğul olur. Paşinyan erməni missiyasını Hələbdə əsas missiyalardan biri hesab edir. Real olaraq isə hamı bilir ki, Ermənistandan gedən hərbçilər humanitar vəziyyətin yaxşılaşması ilə məşğul deyillər. Suriyanın şimalı ilə bağlı dünya ölkələrinin rəsmi Ankaranı qınaması onu göstərir ki, onlar güclü Türkiyənin inkişafında maraqlı deyillər. Burada qeyri-adi heç nə yoxdur. Qeyri-adi olan bu gün Ermənistan baş nazirinin faktiki olaraq, Ermənistanın Türkiyəyə qarşı tutduğu mövqeni əslində açıq şəkildə bildirməsidir. Ermənistanın Türkiyəyə ərazi iddiaları var. Eyni zamanda ermənilər PYD-YPG, PKK, ümumdünya ASALA təşkilatı və digər Yaxın Şərqdəki terror təşkilatları ilə birgə fəaliyyət göstərirlər. Hamıya yaxşı məlumdur ki, Türkiyədəki PKK kürd terror qruplaşması əslində ASALA ilə eyni xətt üzrə Türkiyəyə qarşı fəaliyyət göstərir. Bütün bu illər ərzində kürd terror qruplaşmalarının başında (xüsusilə PKK) məhz erməni əsilli şəxslər dayanıb. Onlar kürdlər adından Türkiyəni sıxışdırmaqla, ayrı-ayrı şəhərlərində terror törətməklə məşğuldurlar”.

Z. Məmmədov bildirib ki, Ermənistan özü faşizmi dəstəkləyən ölkədir:

“Ona görə də onların bu əməlləri anlaşılandır. Ermənistanda Qaregin Nidjeyə abidənin ucaldılması Ermənistan daxilində digər etnik qruplara qarşı zülm siyasəti aparmasının da sübutudur. Türkiyəni oradakı etnik qruplara və ayrı-ayrı dindən olan şəxslərə qarşı aqresiyyada günahlandıran Ermənistan əslində özü bu illər ərzində monoetnik dövlət quraraq, həm digər dinlərdən olan  nümayəndələrə, həm də etnik qruplara qarşı amansız fəaliyyətlə məşğul olub”.

Politoloq vurğulayıb ki, Paşinyan Azərbaycanın da Ermənistana qarşı bu cür əməliyyatlara başlayacağından narahatdır:

“Artıq Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həm BMT tribunasından, həm də MDB XİN rəhbərlərinin toplantısındakı çıxışında müharibə variantının mümkünlüyünü dilə gətirib. Doğrudur, Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır. Lakin təəssüflər olsun ki, Ermənistanın tutduğu mövqe, aqresiyya siyasəti regionda vəziyyəti dəyişə bilər. Azərbaycan da digər yollara ata bilər. Ölkəmizin öz ərazilərində antiterror əməliyyatı keçirmək haqqı var. Bugünkü işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ərazi bütövlüyünə və milli təhlkəsizliyinə təhdiddir. Bu istiqamətdə Paşinyan apardığı siyasəti davam etdirəcəksə, Azərbaycanın da antiterror əməliyyatlara başlamasını heç kim istisna edə bilməz”.

Son xəbərlər

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Bütün xəbərlər