{category-title}

Mirvari Zeynalova: Heydər Əliyev fenomeni milli mədəniyyətimizi daim zənginləşdirir

 

 

 

Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur.1969cu ildən başlayaraq bu möhtəşəm insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir.

 

Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə yer tutmuşdur. Dahi rəhbərimiz və ulu öndərimiz Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.Dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli və uzaqgörən siyasətçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində də dövlət idarəçiliyinin fenomeni kimi daim yaşayır. Azərbaycanın son illər ərzindəki nailiyyətləri və davamlı yüksək templi inkişafı buna açıq-aydın sübutdur.

Ulu öndərimiz Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratmışdır. Bunu statistik məlumatlara müraciət etdikdə görmək mümkündür. Statistikaya görə, 1969-cu ildə respublikamızda 12 peşəkar teatr,5 konsert müəssisəsi, 2312 kitabxana, 1535 klub müəssisəsi, 17 park, 29 muzey, 79 musiqi məktəbi vardı. Bir rəsm qalereyası belə fəaliyyət göstərmirdi.2003cü ildə isə respublikamızın mədəniyyət müəssisələrinin sayı xeyli dərəcədə artmışdır. Həmin dövrdəki məlumatlara görə, ölkəmizdə 27 peşəkar teatr, 13 konsert müəssisəsi, 4124 kitabxana, 3066 klub müəssisəsi, 210 mədəniyyət və istirahət parkı, 159 muzey,30dan çox dövlət rəsm qalereyası və bədii sərgi salonu,232 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərirdi.Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir.Respublikaya rəhbərlik fəaliyyəti dövründə ulu öndərimiz Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Hələ Sovet İttifaqı dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, SSRİ xalq artisti, professional vokal sənətimizin banisi kimi tanınan Bülbülün, SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının,SSRİ xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarla başqa istedadlı sənətkarlarımızın, eləcə də Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin-Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubiley tarixləri respublikamızda təntənə ilə qeyd olunmuşdur.Heydər Əliyevin müvafiq fərmanlarına əsasən, Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq, İran, Türkiyə, Fransa və Rusiyada, dünya şöhrətli müğənnimiz Bülbülün 100 illik yubileyinin Moskvada, Tiflisdə və Ankarada, unudulmaz bəstəkarımız Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, Azərbaycan xalqının milli eposu «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin Fransada yüksək səviyyədə qeyd olunması Azərbaycanı bir daha yenidən dünyaya tanıtmışdır.Bakıda qeyd olunan tanınmış sənət adamlarının tarixi yubileyləri - Şövkət Ələkbərovanın, Qəmər Almaszadənin, Leyla Vəkilovanın,Nəsibə Zeynalovanın, Tofiq Quliyevin və başqalarının yaradıcılığına həsr olunmuş təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olmuşdur.Bu tədbirlərin hər birində ümummilli liderimiz Heydər Əliyevin şəxsən iştirak etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkara verilən yüksək qiymətdir.
Dünyanın ən müxtəlif meridianlarında Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilmişdir. Buna misal olaraq Avropanın və Asiyanın bir çox ölkələrini, eynilə Rusiya, Moldova, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələri göstərmək olar.Son onillikdə Parisdə UNESCO-nun mənzil-qərargahında Məhəmməd Füzulinin, Qara Qarayevin və «KitabiDədə Qorqud» dastanının yubileylərinin yüksək səviyyədə keçirilməsi də ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir və Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğində mühüm rol oynamışdır.Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümummilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksək qiymət sahəsində ölkəmizin yüzlərlə sənətçisi xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür.Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olmuşdur.«Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddimənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqlar»deyən möhtərəm prezidentimiz xalqın inkişafı yolunda dönməz mübariz olduğunu daim sübut edir və məhz onun rəhbərliyi altında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də ürəkaçan nailiyyətlər qazanılmışdır.Müasir dövrdə sənətkarlar diyarı olan Azərbaycanımıza sənəti yüksək qiymətləndirməyi bacaran İlham Əliyevin başçılıq etməsi, həm də mədəniyyətimizin uğuru, xoşbəxtliyidir. Möhtərəm prezidentimiz xalqın milli xüsusiyyətlərinin qorunub saxlanılmasında ədəbiyyatın, mədəniyyətin böyük rolu olduğunu xüsusi vurğulayaraq demişdir: «Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur».Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, zənginləşməsi və yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır. Bu yüksəlişi gözəl diyarımızda yaşayan bütün vətənsevər insanlar duyur, görür, alqışlayır və dəstəkləyirlər.

 

Mirvari Zeynalova

 

Şəki Regional Mədəniyyət İdarəsi Rəisi 

Son xəbərlər

Şəkidə avtomobil aşıb, ölən var

Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH

Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir

Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb

Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır"

“Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”

Yenidən öz postlarına namizəd olacaqlar

Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu

Generalın oğluna yeni vəzifə verildi

COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik əlaqələrinin müzakirəsi - Fotolar

Doğum, uşaqlara qulluq və dəfn müavinətləri artırıla bilər

COP29 çərçivəsində Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi elan edilib

Şəkidə yol qəzası olub, ölən var

Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar

Antonio Quterreş Azərbaycana gəldi

Acundan onunla bağlı aparılan araşdırmaya - Reaksiya

“Vətəndaş A” serialına görə İTV-yə - Rəsmi xəbərdarlıq

Emin Əmrullayev: Məktəbəqədər təhsilin əhatəliyini artırmaq üçün alternativ modellər üzərində işləyirik

Pezeşkian Roma Papasına çağırış etdi

Azərbaycanda Elm və Təhsil fondlarının birləşdirilməsi təklif olunub

Putin Trampla Ukraynada atəşkəsi müzakirə etməyə HAZIRDI

Mədəniyyət işçilərinin maaşı artırılacaq? - Nazir açıqladı

Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

Bütün xəbərlər