{category-title}

İşaxtaran və işsiz vətəndaşların nəzərinə!

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti sentyabr ayından etibarən Hotellər və Restoranlar Assosiasiyası (DAİR) ilə birgə turizm, qonaqpərvərlik və xidmət sahələr üzrə peşə hazırlığı kurslarına müdavim qəbulunu elan  edir.

 

Elan edilən peşə hazırlığı kursları aşağıdakılardırlar:

Aşpaz (Azərbaycan kulinariyası)

Qənnadçı

Ofisiant (banket və ziyafətlər üçün)

Ofisiant (yüksək kvalifikasiyalı)

Dağ turist marşrutları üzrə bələdçi

Ekskursiya bələdçisi

Qeydiyyatçı (mehmanxanada) / Receptionist

Konsyerj

Mehmanxana qapıcısı (belman)

Otel xadiməsi (təmizlik işləri) / Hotel Cleaner

Barmen

 

Turizm, qonaqpərvərlik və xidmət sahələrində karyera imkanları əldə etmək, ixtisas almaq və ya öz kvalifikasiyasını təkmilləşdirmək arzusunda olan şəxslər peşə hazırlığı kurslarına qatılmaq üçün müraciət edə bilərlər. Peşə hazırlığı nəzəri və praktiki təlimləri şəklində - turizm və qonaqpərvərlik biznesi müəsissələrində təcrübə keçməklə tədris ediləcək.

Kursların tədrisi Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin (ATHEC) peşəkar təlimçiləri cəlb olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzində həyata keçiriləcəkdir.

 

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunacaqlar. İşaxtaranlar üçün təhsil ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunacaq və onların müvafiq işlə təmin olunmasına köməklik göstəriləcək.

Maraqlanan şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də edu@dair.az elektron poçt ünvanına CV yollaya bilərlər.  Xahiş edilir ki, seçdiyiniz peşənin adını elektron məktubun Mövzü bölməsində qeyd edəsiniz.

 

Əlaqə nömrəsi:

+99412 562 75 34 - Rəşad Muradov

+994 12 434 7877 - Rəna Babazadə/ whatsapp +99450 6610075

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər