{category-title}

Girnədə silah-sursat anbarında partlayış olub

 

Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərinin şərqində Çatalköy ərazisində gecə yarısı hərbi silah-sursat deposunda yanğın başlayıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, top və tank mərmilərinin şiddətli partlayışı nəticəsində anbarın yaxınlığında yerləşən 5 ulduzlu otelə və ətrafdakı digər evlərə zərər dəyib. Otel müştəriləri gecə ilə zirzəmilərə və sahilə evakuasiya olunublar, uçuşları olan turistlər isə polis müşayiəti ilə hava limanına aparılıb. Yanğının böyümə ehtimalına görə hərbi birliyin yaxınlığındakı Arapköy və Çatalköydəki evlər boşaldılıb.

 

Səhərə qədər davam edən yanğın və partlayışlara görə əraziyə nəqliyyat vasitələrinin gidişi qadağan olunub. Hadisə yerinə gələn ölkə başçısı Mustafa Akıncı insan tələfatının olmadığını, partlayışları nəzarətdə saxlaya bilmək  üçün lazımlı bütün işlərin görüldüyünü vurğulayıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır. Lakin hələ də gecə 1.30 radələrində başlayıb səhərə qədər davam edən yanğın və partlayışın nədən qaynaqlandığı məlum deyil.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər