{category-title}

"Qarabağ"ın Beqoviçindən yeni açıqlamalar - "O cür pul qazanmaq mənə görə deyil”

 

“Axır ki, mən Bakı şəhərində yerləşdim. Son günlər çoxlu problemim vardı. Klub dəyişəndə belə olur. İlk təəssüratım necədir? Yüksək. “Qarabağ” həqiqətən bir ailə kimidir”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın yeni transferi Asmir Beqoviç Bosniyanın “sportsport.ba” saytına müsahibəsində söyləyib.

Bu yaxınlarda İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan icarə qaydasında Ağdam klubuna keçən 32 yaşlı bosniyalı qapıçı deyib: “Bakı da çox gözəldir. Mən inanıram ki, “Qarabağ” mənim həyatımdakı ən gözəl epizodlardan biri olacaq”.

Beqoviç deyib ki, “Qarabağ”a transferi sürətli alınıb: “Başqa klublar da vardı. Amma onu deyə bilərəm ki, “Qarabağ” mənim seçimimdə ən doğru olanı idi. Komanda iddiasına görə də fərqlənir. Bu transfer mənə çox yaxşı göründü. “Qarabağ” yaxşı ənənəsi olan ciddi klubdur. Onlar həmişə titullar uğrunda yarışırlar və Avropa Liqasının qrupunda çıxış edirlər. Mən özümə olan inamımı doğrultmalıyam”.

Beqoviç bildirib ki, klubun iddiası onun qrupda çıxış etməsindən daha vacibdir: “Qrupumuzda “Sevilya”, APOEL və “Dudelanj”  da mübarizə aparır. Fikrimcə, onlarla matçda yaxşı nəticələr qazana bilərik. Amma, əlbəttə, bu, asan olmayacaq. APOEL-in “Ayaks”la necə mübarizə apardığını gördük. “Düdelanj” da keyfiyyətli komandadır”.

Beqoviç “Bornmut”dakı durumu haqda da danışarkən son ayların onun üçün xaotik keçdiyini söyləyib: “Orada vəziyyət günbəgün dəyişirdi. Klublar mənimlə maraqlanırdılar. Çalışırdım ki, mümkün olduğu qədər “Bornmut”da deyilənlərə əməl edim. Amma yekunda orda mən əsas heyətdə oynamırdım. Buna görə də gələn təkliflərdən birini qəbul etdim. Mən futbolçu kimi öz hüququmu qorumalı idim. Kimlərsə mənə deyir: “Sən ehtiyatda qalmalı və pulunu qazanmalı idin”. Amma bu, mənə görə deyil”.

Bosniya millisinin baş məşqçisi Robert Prosineçkinin Beqoviçin millidə yenidən oynaya biləcəyinin mümkünlüyü haqda fikirlərinə də toxunan qapıçı bunları bildirib: “Əgər belədirsə, yaxşıdır. Mən milliyə qayıtmaq istəyirəm. Milli komandanın qapısını bağlamamışam. Komandamıza  hər zaman kömək etmək istəyirəm. İndi ən vacibi isə millinin əvvəli gücünə qayıtmasıdır. Heyf ki, Ermənistana uduzduq. Amma bu, futbolda olan şeylərdir”.

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər