{category-title}

Mədəniyyət və ədəbiyyat xadimlərinə dövlət təltifləri təqdim olunub

 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və ədəbiyyat xadiminə bu gün mükafatların təqdim olunması mərasimi keçirilib.

APA-nın məlumatına görə, Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi ənənəsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “Ümummilli liderin bu müdrik yanaşması Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. İnsanın əməyinin qiymətləndirilməsi onun fəaliyyətini stimullaşdırır, yaradıcılıq prosesinə müsbət təsir göstərir. Dövlətimiz yaradıcı insanların işini diqqət mərkəzində saxlayır, əsərlərinin təbliğinə dəstək verir. Ölkə başçısının sərəncamları ilə bu il də görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri geniş şəkildə qeyd olunur, adları əbədiləşdirilir, əsərləri çap olunur. Bütün bunlar ölkə rəhbərliyinin mədəniyyətə böyük sevgisinin göstəricisidir”.

Nazir bu gün təltif edilən incəsənət və ədəbiyyat xadimlərinin Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən insanlar olduğunu qeyd edib: “Xalq artisti Roza Cəlilovanın Azərbaycan peşəkar rəqs sənətinin inkişafında özünəməxsus yeri var. Roza xanım bu gün ömrünün müdrik çağında da ruhən bağlı olduğu xoreoqrafiya sənətinin gələcəyi üçün çalışır”.

Ə.Qarayev qeyd edib ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla görkəmli ədəbiyyatşünas, dilçi alim olmaqla yanaşı, oxucuların rəğbətlə qarşıladığı yazıçı-dramaturqdur: “Onun əsərləri ölkəmizin hüdudlarından kənarda da böyük maraqla oxunur. Kamal Abdulla Azərbaycanın malik olduğu multikultural dəyərlərin dünyada təbliğ olunmasında böyük xidmətlər göstərir”.

Nazir yazıçı, ssenarist Natiq Rəsulzadənin 40 ildən çoxdur ədəbi yaradıcılıqla məşğul olduğunu deyib: “Müəllifin əsərləri bir çox dillərə tərcümə olunub, müxtəlif ölkələrdə işıq üzü görüb, nüfuzlu mükafatlara layiq görülüb. Natiq Rəsulzadənin ssenariləri əsasından çəkilən filmlər tamaşaçılar tərəfindən maraqla qarşılanır”.

Ramiz Rövşən - Ebulfes - Kamal - Afaq

Ə.Qarayev Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin rəhbəri, yazıçı Afaq Məsudun bədii yaradıcılığından və fəaliyyətindən söz açıb: “Afaq xanım ədəbiyyatımıza və ədəbiyyatşünaslığımıza dəyərli əsərlər bəxş edən görkəmli ziyalılar nəslinin davamçısıdır. Onun rəhbərlik etdiyi Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin müxtəlif xalqların dillərinə, eləcə də bir sıra dünya müəlliflərinin əsərlərinin dilimizə tərcümə edilərək oxucularımıza çatdırılması istiqamətində təqdirəlayiq işlər görülür. Eyni zamanda Afaq Məsud çağdaş Azərbaycan nəsrinin zənginləşməsinə sanballı töhfələr verir”.

Görkəmli şair, ssenarist Ramiz Rövşənin Azərbaycanın oxucusunun ən çox sevdiyi qələm sahiblərindən olduğunu deyən nazir onun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətini yüksək qiymətləndirib: “Ramiz Rövşənin ssenariləri üzrə çəkilən ekran əsərlərinin Azərbaycan kinematoqrafiyasının qiymətli nümunələridir”.

Sonra Əbülfəs Qarayev dövlət təltiflərini mədəniyyət xadimlərinə təqdim edib, onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 16-da xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısının 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

Son xəbərlər

Türkiyə PA: Ölkəmizin Suriya münaqişəsində kürdlərə qarşı düşmən münasibət sərgiləməsi dezinformasiyadır

Şəmkirdə maşın betona çırpılıb, 2 nəfər xəsarət alıb - FOTO

Suriya ordusu Rakka vilayətinə daxil olub

Media nümayəndələrinin akkreditasiyasına start verildi

Ukrayna Çexiya ilə mənzillərin bərpası və icmaların enerji dayanıqlılığını müzakirə edib

Rusiyada Nalçikdə polislərə hücumun qarşısı alınıb

Bazar günü sulu qar yağacaq

Tanınmış həkim vəfat etdi - FOTO

Pakistan Hindistanın Cammu və Kəşmirdəki məscidlərlə bağlı siyasətini pisləyib

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

CNN Brasil: ABŞ-ın Venesuelaya hücumlarından sonra Braziliya HHM sistemlərini gücləndirir

Biləsuvarın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Hamilə qadınlara əlavə məzuniyyət veriləcək

Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib

Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilən 3 nəfərin məhkəməsində ittiham aktı elan edilib

Kollecə direktor təyin edildi - FOTO

Sabiq icra başçısının oğlu tanışını güllələdi

Ərdoğanın varisi dörd nəfərdən biri olacaq - İDDİA

Şənbə günü hava arabir yağıntılı olacaq

Ötən gün 10 avtomat, 79 tüfəng aşkarlanıb

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

“Qarabağ”-“Ayntraxt” oyununun biletləri satışda

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

İranın müdafiə naziri: etirazçılar 500 ilə 3500 dollar arası pul alıblar

Bütün xəbərlər