{category-title}

Balakəndə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan bir neçə qrup ifşa edilib

 

 

 

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə ifşa edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əkini və onların qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Eldar Mustafayev və tanışı Zahid Dibirov şübhəli şəxs qismində saxlanılıblar.

E.Mustafayevin yaşadığı evə baxış keçirilən zaman zirzəmidən bir ədəd çantada 886 qram qurudulmuş marixuana, 2 ədəd sellofan bükümdə 14,151 qram tiryək, eyni zamanda pnevmatik tapança, bir ədəd tüfəng patronu aşkar edilərək götürülüb.

Keçirilmiş tədbirlərin davamı olaraq E. Mustafayev Z. Dibirov və digər 3 nəfər tanışı ilə qabaqcadan əlbir olaraq meşəlik ərazidə qanunsuz olaraq əkib-becərdikləri 339 ədəd narkotik tərkibli çətənə bitkiləri və həmin bitkilərdən əldə etdikləri 215 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Balakən RPŞ əməkdaşları tərəfindən daxil olmuş daha bir məlumat əsasında keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri əvvəllər məhkum olunmuş Rauf İsmayılov, Ramil Qandayev, şəhər sakinləri İlham və Ramiz Mahatovlar, Zülfüqar Xəlilov və Ceyhun Namazov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Polis Şöbəsinə gətiriliblər. Onların əvvəlcədən bir qrup şəxs halında birləşərək dağlıq ərazidə çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduqları aşkar edilib və həmin əraziyə baxış keçirilən zaman oradan yaş vəziyyətdə 163 kq-a yaxın olan çətənə bitkiləri, həmin ərazinin kənarından 1 kq 446 qr qurudulmuş marixuana və 985 qr quru vəziyyətdə çətənə bitkisinin budaq və saplaqları aşkar edilərək maddi sübut kimi götürülüb.

Bu cinayət əməlində iştirak edən digər şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Balakən polisinin keçirdiyi növbəti əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisindəki dağ-meşə massivində 215 ədəd çətənə bitkisi, həmin sahənin kənarında yerə qurutmaq üçün sərdikləri ümumi çəkisi 8 kq-dan artıq qurudulmamış marixuana aşkar edilib.

Keçirilmiş tədbirlərlə həmin ərazidə narkotik vasitələr becərən və saxlayan şəxslərin qohumlar Elşad və Elman Hacıyevlər, Cuma Əhmədov və rayonun Gərəkli kənd sakini Məhəmməd Xanayev olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Kəlbəcərə dolu düşüb

Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Bütün xəbərlər