{category-title}

Aşurada özünə xəsarət yetirənlərə CİNAYƏT işi açıla bilər

 

 

Sentyabrın 1-dən Azərbaycanda Məhərrəmlik ayı başlayıb. Məhrrəm ayının 10-cu günü, Aşura sentyabrın 10-a təsadüf edir.

Bu ay boyunca bəzi insanlar sinə, zəncir vurmağı, qan çıxarmağı vacib əməl kimi qiymətləndirirlər. Məscidlərdə zəncir vuran, özünə xəsarət yetirən insanların az-çox şahidi oluruq. Bu əməllər isə birmənalı qarşılanmır.

 

Bəs bədənə bu cür xəsarətlərin yetirilməsi nə dərəcədə doğrudur, ümumiyyətlə bu hərəkət ay üçün mütləq haldırmı? Hüquqi baxımdan özünə xəsarət yetirmək cinayət əməli sayıla bilərmi?

Mövzu ilə bağlı İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a danışıb.

Din xadimi bildirir ki, artıq 10 ildir ki, Məhərrəmlikdə özünə xəsarət yetirməklə bağlı Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) qadağa qoyub: 
"Bu qadağa da birbaşa olaraq inkişaf səviyyəsinin göstəricisidir. Bu gün qan çıxarmaq əvəzinə QMİ olaraq biz talassemiya, hemofiliya xəstəliyindən əziyyət çəkən qan azlığı olan uşaqlara qan veririrk. İmam Hüseynin şüarlarından da biri bu idi ki, bir insana qan, həyat vermək bəşəriyyətə can vermək, bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir. Bu anlamda biz məhz Aşura günü qanvermə keçiririk. Biz insanlar arasında da maarifləndirmə işləri apararaq, onları qanvermə aksiyasına çağırırıq. Bu aksiyada qan verən insanlar da artıq Azərbaycan əsgəri olur, millətə xidmət edirlər".

Hacı Surxay deyir ki, qanvermə akiyası yalnız Bakıda yox, eyni zamanda bölgələrdə, rayonlarda da həyata keçirilir: 
"Məhərrəmlik ayı boyunca qan çıxarmaq, özünə xəsarət yetirmək də artıq bu yolla aradan itir. Bütün dünya da görür ki, Azərbaycan tolerantdır və ənənə, dəyərlər hər zaman qorunur. Şeyx həzrətləri hər zaman Məhərrəmlik ayı öncəsi toplantı edir, Elmi-Dini Şura, Qazılər Şurası toplanır və bütün axundlara bu barədə göstərişlər verilir. Biz bir qayda olaraq bölgələrdəki din xadimləri ilə saxlayırıq. Onları da qanvermə akiyasına cəlb edir, özünə xəsarət yetirmədən qaçındırırıq".

Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, özünə xəsarət yetirməyə görə faktla bağlı cinayət işi qaldırıla bilər.

"Cinayət işi açılsa belə, həmin şəxsə qarşı hər hansı bir cəza tətbiq edilmir və məsələyə xitam verilir. Çünki subyekt özü-özünə xəsarət yetirir. Dini baxımdan yanaşsaq, heç bir dində də özünə xəsarət düzgün hal hesab eilmir. Ümumiyyətlə, ictimai yerlərdə özünə ziyan yetirmək qadağan olunmalıdır. Çünki bu hal ətrafdakı insanlarda da həvəs yaradır və ümumi vəziyyəti gərginləşdirir. Gələcəkdə ictimai yerlərdə bu cür halların məhdudlaşdırılması kimi qanunun qəbul edilməsi gözlənilə bilər".

Son xəbərlər

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Bütün xəbərlər