{category-title}
Gündəm / Dünya
29.08.2019, 11:00
Tabutlarda marixuana keçirmək istədilər
Kolumbiyada polis əməkdaşları iki tabutda təxminən 300 kq-a yaxın marixuana daşındığını aşkar ediblər.
"Global News" hadisə ilə bağlı videogörüntülər dərc edib.
Narkotikləri daşıyan avtomobilin sürücüsü saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları maddələrin adi yoxlanış zamanı tapıldığını vurğulayıblar.