{category-title}

Novruz Məmmədov bu qərara — DƏYİŞİKLİK ETDİ

 

 

Nazirlər Kabinetinin "Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında" 2008-ci il 18 sentyabr tarixli Qərarında dəyişikliklər edilib. 
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədovun təsdiq etdiyi dəyişikliklərə əsasən, Qərarın 1.1-ci bəndi aşağıdakı redaksiyada verilir:

"1.1. "Azərbaycan Respublikasında qüvvədə olan tikinti normativ sənədlərinin Siyahısı"nın I bölməsinin 1-ci hissəsinin (şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi (tənzimlənməsi)) şəhərsalma və memarlıq fəaliyyətinə aid norma və qaydaları istisna olmaqla, 3-cü (tikinti işlərinin təşkili, aparılması və qəbulu), 4-cü (smeta normaları) və 5-ci (tikintidə maddi və əmək vəsaitlərinin xərclənmə normaları) hissələri üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən, 1-ci hissəsinin (şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi (tənzimlənməsi)) şəhərsalma və memarlıq fəaliyyətinə aid olan və 2-ci hissəsi (layihələndirmə normaları) üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq və ya ləğv edilir.". 
Bundan başqa, sənədin 2-ci hissəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir:

"Milli şəhərsalma və tikinti normativ sənədlərinin hazırlanması zamanı "İnşaatda tikinti norma və qaydalarının, dövlət standartlarının tətbiq edilməsi haqqında" Nazirlər Kabinetinin 1992-ci il 15 aprel tarixli Qərarına əsasən qüvvədə saxlanılmış tikinti normativ sənədlərinə (həmin sənədlərin yeni milli normativ sənədlərlə əvəz edilənədək), həmçinin MDB iştirakçısı olan ölkələrin tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurası və Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası çərçivəsində qəbul edilərək respublika ərazisində qüvvəyə minmiş və milli normativ sənədlərlə əvəz edilməsi başa çatdırılmamış dövlətlərarası normativ sənədlərinə (autentik tərcümə olunana qədər) tərcümə edilmədən istinad edilməsinə yol verilir. Bu sənədlər Fövqəladə Hallar Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifələrində yerləşdirilir".

Son xəbərlər

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək

Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq

Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır

Rusiya başladığı müharibəni uduzur

Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var

İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək

Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB

DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib

"Sabah" bu axşam Çempionlar Liqasında pley-off oyununa çıxır

Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasında qərargah danışıqları aparılıb

Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb

Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik

Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu

Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

Bütün xəbərlər