{category-title}

"Neftçi"də Dabo qalmaqalı böyüyür - "Bu ölkədən rədd olmalısan!"

 

"Neftçi"nin fransalı hücumçusu Baqali Dabonun azarkeşləri ağır şəkildə təhqir etməsi fanatları ayağa qaldırıb.

Sportal.az  xəbər verir ki, "Neftçi"nin ən böyük azarkeş səhifəsi olan "Neftchi Baku Fan Page" 31 yaşlı hücumçunun ədəbsiz davranışını növbəti dəfə qınayıb və onun klubdan göndərilməli olduğunu qeyd edib:

"Bir çoxunuz yazırsınız ki, admin, Baqali Dabodan belə tərbiyəsizlik tərbiyəsizlik gözləmirdim. Açığı, mən gözləyirdim. Bu adam oynadığı komandaya, komanda yoldaşlarına, baş məşqçisinə hörmət etmirsə, bizə heç vaxt etməz.

Bizim şəxsi anlamda onunla bir problemimiz yoxdur. Sadəcə komandanın ən yüksək ödənişli oyunçusu kimi, ondan tələblərimiz yüksəkdir. Lakin görürük ki, bu oyunçunun məsuliyyət, mədəniyyət problemi var.

Adam "Neftçi"də aylıq 42500 manat maaş alır. Hələ xanımı da bizi də günahkar çıxarır ki, ötən mövsüm komandada ən çox qol vuran oyunçu olub. Adama deyən yoxdur ki, Bakının ən gözəl şəkildə yerində ev, maşın, ölkənə gedib-gəlməyə bilet pulunu kim ödəyir?

Qol vurmağa gəldikdə, bu, sənin borcun idi. Buna görə də ayrıca bonus alırsan. Bir sözlə, əla imkanlar yaradılıb sənə. Bəs niyə özünü göylə aparırsan? Kimdən artıqsan? Nədən artıqsan? Bəlkə, "şişmisən"? Narahat olma, səni ora biz qaldırdıq, biz də endirərik. Sən bu ölkəyə, bu komandaya, onun azarkeşlərinə hörmət etmirsənsə, rədd olmalısan bu ölkədən. Tərbiyəsiz məxluq!"

Ötən günlərdə "Neftçi"nin azarkeşləri Dabonu tənqid etmişdi. Onların tənqidlərinə fransalı hücumçu sərt cavab vermişdi.

"Şərhlərinizi arxanıza soxun, sözlərim sizə xoş deyilsə, daha çox fransızca yazım, tərcümə edərsiniz", - deyə 31 yaşlı hücumçu "Instagram" hesabının hekayə bölümündə cavab yazmışdı.

Səhifə admini Dabonun cavab sözlərini klubun mətbuat və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyevə məlumat verdiyini qeyd edib. Allahverdiyev cavab olaraq bildirib ki, də bu barədə klubun idman direktoru Ceyhun Sultanov və rəhbərliyə məlumat verilib.

Premyer Liqanın ilk turunda "Sabah"la oyundan öncə meydana çıxmayacağını öyrənən Dabo baş məşqçi Roberto Bordinin qərarına əsbələşib, hirsli şəkildə reaksiya vermişdi.

"Neftçi"nin "Sabah"la 1:1 hesablı heç-heçə etdiyi Premyer Liqanın ilk turunun matçında "ağ-qaralar"ın azarkeşlərinin bir qismi "Neftçi" rəhbərliyini istefaya səsləmişdi. "Neftçimaniya" fan-klubu başda olmaqla bəzi azarkeşlər klub prezidenti Kamran Quliyevi, idman direktoru Ceyhun Sultanovu, baş məşqçi Roberto Bordini istefaya səsləyib. "Kamran, "Sumqayıt"a qayıt!", "Ceyhun, istefa!", "Yığın çantanı, rədd olun, gedin!" və "İstefa!" şüarları birinci hissə ərzində davam edib.

"Neftçi" rəhbərliyi isə polisə göstəriş verərək, fanat qrupunu "Bakcell Arena"dan kənarlaşdırmışdı.

Oyundan sonra isə komandanın baş məşqçisi Roberto Bordin, müdafiəçisi Kiril Petrov istefa şüarı səsləndirənləri əsl fanat adlandırmamışdı.

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər