{category-title}

BNAdan növbəti pul tələsi

 

 BP şirkətindən aldığı məvacibi sərmayə şəklində istifadə edərək, market açıb. Bir neçə nəfər işçi çalışdırır, vergi ödəyir və s. Ancaq, bunlar ixtiyar verirmi dövlətə məxsus yolu zəbt etməyə, el dili ilə desək, el yolunu bağlamağa? BNA ilə qanunsuz əlaqəyə girərək, adamları qanunsuz olaraq haqqlarına toxunub, əziyyətlə üz-üə qoymağa və nəhayət, kobud desək, camaatın cibinə girməyə? 30-a yadın adam şikayətçidir. Həm də son zamanlar əksəriyyətin narazı olduğu, şikayətçi olduğu BNA-dan. Dəfələrlə tanınmış adamlar da bu idarənin yollarda qanunsuz yaratdığı maneədən öz nəsibini almış, şikayətlərini dilə gətirmişdilər. Lakin, hər dəfə BNA rəsmiləri, bəhanə gətirib, qarşıdakını haqsiz çıxarmağa çalışıblar. Narazıları sadalamaq fikrim yoxdur. Ona görə də keçid alım mətləbə. Ceyhunbəy Hacıbəyli küçəsinin sakinlərinin deməsinə görə bir səhər telefonlarına gələn cərimə mesajları ilə narahat oyanıblar. Bundan sonra bu cərimələr qısa müddətdə bütün məhlə sakinlərinə, həm də bir neçə dəfə gəlib. Kiçik araşdırmanın ardından məlum olub ki, 30 ilə yaxın hər gecə avtomobil saxladıqları yerə dayanma-durma qadağandır nişanı və geniş ərazini görüntüləyə bilən kamera quraşdırılıb. Bu faktın nə dərəcədə dəqiq olduğu müəyyən edilə bilməsə də sakinlərə görə bu vəziyyəti məhlədə market açan, sürücülərin marketi olduğu ərazidə maşın əyləməsini istəməyən, buna görə də sakinlərlə daim mübahisəsi düşən Elgiz adlı şəxs BNA ilə razılaşdırıb. Həm də BNAnı "babat görərək". Elgiz bəy, marketin qarşısına, yolun hərəkət hissəsinə maşınların durmasını əngəlləyə biləcək vasitələr də düzüb, hətta. Deyilənə görə, Bu o Elgiz bəydir ki, marketinin qarşısına yığılan gənclərə hirslənən kimi, şəxsi əlaqələrindən istifadə edərək, istədiyi vaxt onları polis bölməsinə apartdırıb, qulaqburması verdirir. Belə əliuzun adamın BNAya əl uzatması, onları qadağan nişanı və kamera quraşdırmağa razı salması təəccüblü deyil. Bu razılaşma ilə BNAnı sanki, "Eşşək vurub, cənnətə salıb!" Həm pul qazanacaq, həm də bunun ondan xahiş-minnətlə, Allah bilir hansı vasitə ilə istəyirlər. Sakinlərin əziyyəti, avtomobillərini harada saxlayacaqları məsələsi nəyinə lazımdır BNAnın?! Təki pul gəlsin! Onsuz da son zamanlar hər kəsə məlumdur ki, bu qurumun işi mümkün ola bilən hər yerə qadağan nişanı qoyub, kamera quraşdırıb, pul yığmaqdan ibarətdir. Şəhər rəsmən zəbt edilərək, şəhər sakinlərinə haram buyurulub bu qurumun sayəsində! Məsələ ilə əlaqədar qurumun mətbuat xidmətinin əməkdaşı Mais müəllimlə əlaqə yaratdım. Insafən deyim ki, Mais müəllimlə rabitə əlaqəsi çətin deyil. Nəticə olmasa da, hər dəfə zəngi cavablandırıb, məsələni araşdıracaqlarina, kömək edəcəklərinə söz verib. Ancaq, çifayda! Nə gələn var, nə gedən, nə də məsələ həll edən. Maliyyə terroru isə davam edir. Hər gün adamların cibindən pullar uçub, BNAnın xəzinəsinə qonur. Həm də təkcə küçə sakinlərinin yox, həm də marketə gələn müştərilərin, küçə sakinlərinə qonaq gələn sürücülərin də ciblərindən! Kimin ağlına gələr ki, otuz il gəlib-getdiyi, heç bir qadağa olmadığı, yaraşmadığı küçədə BNA xəlvəti "tələ qurub!"?! Bizə isə, gözləmək düşür! Gözləyək!..

 

Vüsal Səid

 

BNAdan növbəti pul tələsi

 

BNAdan növbəti pul tələsi

 

BNAdan növbəti pul tələsi

 

BNAdan növbəti pul tələsi

 

BNAdan növbəti pul tələsi

 

Son xəbərlər

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Bütün xəbərlər