{category-title}


Dünyaya səs salan Şəki şirniyyatı Azərbaycana gələn turistlərin, xarici qonaqların da marağına səbəb olur. Şəki şirniyyatı ilə tanışlıq isə “Əliəhməd şirniyyat evi”ndən başlayır. Buraya gələn qonaqlar, eləcədə yerli əhali şirniyyatların dadından, zərif görünüşündən razılıq edir. Azərbaycan odlar yurdu – qaraqızılı ilə məşhur olduğuqədər də sənətkarlıqnümunələri ilə də dünyada tanınır. Dünya və zaman yeniləndikcə klassika özünün varlığını qoruyur. Köklü xalqların köklü mədəniyyəti nəinki itir, əksinə qorunur və gələcək nəsillərə catdırılır.
Milli koloriti əks etdirən bir sıra spesifik sənət məhsullarına tələbat indi də azalmamışdır. Ona görə də qədim sənət ənənələrini yaşadan səriştəli sənətkarlar Şəkidə hələ də çoxdur. “Əliəhməd şirniyyat evi” də buna ən gözəl nümunədir. Burada çalışanların əməyi sayəsində Şəki açıq səma altında qaynar sənət həyatına malik olan möhtəşəm maddi mədəniyyət müzeyini xatırladır. “Əliəhməd şirniyyat evi” olaraq bu muzeyə daxili və xarici turistləri cəlb etməyi başardığımızı düşünürük.Biz bu müvəffəqiyyətlərə nail olduğumuz üçün fəxr edirik...




Tarixən yemək qayğıları, azuqə ehtiyacı insanın zehni düşüncəsini əsrlər boyu məşğul etməklə, onu daim düşünməyə, aramsız axtarışlara sövq etmişdir. Bu əbədi həyati təlabatdan irəli gələn əməli səylər tarixdə ən böyük ixtisarların mayası olmuş, mədəni-texniki tərəqqiyə cığır açmışdır.

Ərzaq məhsullarının əldə edilməsi, onların emalı, saxlanılması və bişirilmə üsulları sahəsində Azərbaycan xalqı zəngin təcrübə əldə etmişdir. Bu böyük mədəni irsin yaranmasında Şəkililərində əməyi az olmamışdır. Xüsusi olaraq milli kaloriti ilə seçilən ənənəvi Şəki mətbəxi Azərbaycanın maddi mədəniyyətini xeyli zənginləşdirmişdir.

Şəkidə XX əsrin 50-ci illərindən Əliəhməd Əliəkbər oğlu Qaffarov (1918-ci il) Şəki halvası istehsal edən şirniyyat evi yaradır. İlk illər kiçik olan bu müəssisədə yalnız özü və ailə üzvləri çalışır. Hazırladığı şirniyyatlar nəinki Şəkidə, ətraf rayonlarda da məhşurlaşmağa başlayır. Səliqə səhmanı, müştərilərlə davranışı onun sonrakı nailiyyətlərinə təkan verir. Ailəsində böyüyən övladları bu işdə atalarına yorulmadan kömək edirlər.

Övladları atalarının əl qabiliyyətinə bələd idilər. Bu işin incəliklərini izləyir və ustalıqla mənimsəyirdilər. Əliəhməd Əliəkbər oğlu Qaffarovun vəfatından sonra (2004-cü il) onun övladları atalarının şirniyyatla bağlı peşəsini davam etdirirlər. Hal-hazırda bu şirniyyat evində övladları - Qaffarov Məmmədsaleh və Xosrov qardaşları çalışır. İndi onlar iftixarla mərhum atalarının işini davam etdirirlər. Hal-hazırda bu müəssisə daha böyük və şöhrətli olmuş, neçə-neçə insanın iş yerinə çevrilmişdir.

Bu müəssisədə hazırlanan şirniyyat növləri: Şəki halvası, qırmabadam, peşvəng, tel halva, toy noğulu, barama şirni, düymə şirni, bamiyə, qoz və fındıq ləpəsindən hazırlanmış mindallar və s.
 


Əsil Şəki halvasını haradan almaq olar-VİDEO

Əsil Şəki halvasını haradan almaq olar-VİDEO
Əsil Şəki halvasını haradan almaq olar-VİDEO

Son xəbərlər

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Bütün xəbərlər