{category-title}

Sakinlərin prezidentlə DİALOQU

 Xəbər verdiyimiz kimi, avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda yeni inşa olunmuş "Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanış olublar.

Demokrat.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım "Mirvari” Park Kompleksində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. 

Həmin görüşdən maraqlı dialoqu sizlərə təqdim edirik:

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ictimaiyyət nümayəndələrini salamladılar.

Sakinlər: Xoş gəlmisiniz cənab Prezident, hörmətli Mehriban xanım. Səfa gətirmisiniz, həmişə Siz gələsiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Mehriban Əliyeva: Xoş gördük, sizi görməyimizə çox şadıq, çox sağ olun.

Sakin: Cənab Prezident, biz Pirallahı rayonunun ağsaqqalları Sizə, Mehriban xanıma bir daha xoş gəlmisiniz deyirik. Bu gün Pirallahı qəsəbəsi, Pirallahı rayonu demək olar ki, Bakı şəhərinin ən qabaqcıl rayonlarından biridir. Görülmüş bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bütün bu abadlıq işləri Sizin sayənizdə görülüb.

Sakin: Sizə, Mehriban xanıma möhkəm cansağlığı arzulayırıq.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Bir neçə gün bundan əvvəl Siz qaçqınlarla görüşə gəlmişdiniz. Bu gün də, cənab Prezident, Pirallahıda bizimlə görüşürsünüz. Sizə dərin minnətdarlığımızı bildiririk. Burada böyük abadlıq işləri görülür, qəzalı binalar çoxdur, 400-ə yaxındır, indi Sizin sayənizdə tikinti gedir. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Rayonun inkişafına diqqət göstərilir. Son illərdə böyük quruculuq-abadlıq işləri aparılmışdır. Rayonun siması dəyişib və bu gün dediyiniz kimi, Bakının ən qabaqcıl rayonlarından biridir. Burada infrastruktur layihələri icra edilir, içməli su layihəsi iki il bundan əvvəl öz həllini tapdı, qazlaşma ilə bağlı bütün məsələlər öz həllini tapdı. İş yerləri yaradılır, burada dərman zavodu tikilir, şpris zavodunun açılışı bir qədər bundan əvvəl reallığa çevrildi. Yəni, bu onu göstərir ki, biz həm iş yerlərinin yaradılması istiqamətində uğurlara nail oluruq, həm də abadlıq işləri aparılır. Məcburi köçkünlər üçün yeni evlər istifadəyə verilib, 300-dən çox ailə orada məskunlaşır. İnzibati binalar, yollar tikilir. Yəni, rayonun hərtərəfli inkişafı üçün böyük işlər görülür və bundan sonra da görüləcəkdir. İş yerlərinin yaradılması da daim gündəlikdə duran məsələlərdən biridir və balıqyetişdirmə zavodunun fəaliyyətə başlaması da, hesab edirəm ki, çox önəmli hadisədir. Əlbəttə, ictimai zonalar, parklar salınır, vətəndaşlar üçün, istirahət etmək üçün gözəl imkanlar var.

Sakinlər: Çox sağ olun, var olun.

Veteran idmançı: Mən də bir veteran idmançı, dünya çempionu kimi idmançılar adından Mehriban xanıma böyük təşəkkür edirəm. Sizə cansağlığı arzulayıram. Mənim ayağım protezdir, mənə kömək etdiniz, çox sağ olun.

Mehriban Əliyeva: Sağ olun. Sizə cansağlığı arzulayıram.

Veteran idmançı: Bu gün mənə idmanla məşğul olmaqda kömək edirlər, arxamda dayanırlar, dəstək olurlar, yarışlar keçiririk. Mən də bir veteran idmançı kimi Sizə cansağlığı arzulayıram, bizim Pirallahıya xoş gəlmisiniz. Biz Vətənimizə xidmət etməyə həmişə hazırıq.

Veteran neftçi: Mən də bir veteran neftçi kimi, əziz Prezident, əziz vitse-prezident, Sizə möhkəm cansağlığı, uğurlar arzulayıram. Dediyiniz kimi, Sizin siyasətinizin ana xəttini doğrudan da biz təşkil edirik, Azərbaycan xalqı təşkil edir. Bu işdə Sizə yeni-yeni uğurlar arzulayıram. Tanrı Sizi qorusun!

Son xəbərlər

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bütün xəbərlər