{category-title}

ONON azərbaycanlıların tədbirini niyə dağıtdı? - Diaspor rəhbərindən ŞOK AÇIQLAMA

 

Azərbaycan xalqı SSRİ-nin digər 14 respublikalarının əksəriyyətindən fərqli olaraq, öz qanı bahasına müstəqillik əldə etdikdən sonra, müxtəlif istiqamətlərdə ciddi problemlərlə üzləşdi ki, bunu da şərtləndirən əsas amil bu müstəqilliyin həzm olunmaması idi. Öz imperiya siyasətindən əl çəkməyən və ya çəkə bilməyən MƏRKƏZ, Azərbaycan üçün Qarabağ boyda bir problem yaratmışdı ki, istədiyini diqtə edə bilsin. Və necə ki, uzun illər bu taktika işə yaradı... Üstəlik, yerləşdiyi strateji coğrafi ərazi, sahib olduğu yeraltı sərvətlər Azərbaycanı digər yaxın və uzaq mənzilli ölkələr üçün cəlbedici edirdi. Bu vəziyyət çevik və hadisələri düzgün dəyərləndirən diplomatiya ilə yanaşı, ermənilərin güclü lobbiçilik fəaliyyətinə qarşı mübarizəni də tələb edirdi... İlkin hədəf ermənilərin daha çox fəal olduğu ölkələrdə diaspor təkilatları yaratmaq olsa da, illərlə bu niyyətin əhatə dairəsi genişləndi. Amma təəssüf ki, bu günə qədər müəyyən nəticələr olsa da, hələ də formalaşma, mərkəzləşmə kimi ibtidai arzulardan çıxa bilmirik. Bunun səbəbi müxtəlif olduğundan, uzatmadan müsahibimizlə söhbətə keçirik. Oxuyun, nəticəni özünüz çıxarın:

QISA ARAYİŞ:

Zeynalov Ramiz Yusif oğlu. 1957-ci il iyulun 1-də Tovuz  rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra, İnşaat Mühəndisləri institutunun Sənaye və Mülki Tikinti fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra, uzun illər ixtisası üzrə çalışdıqdan sonra- 1994-cü ildə Rusiyanın Primorsk diyarının Vladivostok şəhərinə gedir və elə o vaxtdan orada yaşayır. Çox keçmədən “Azərbaycan Dostluq Diaspora Təşkilatı”nı  yaradaraq ona indiyədək rəhbərlik edir. 1999-cu ildən nəşr olunan “Azərbaycan” qəzetinin baş redaktorudur (2002-ci ildən).

Ramiz müəllim, oralar çox soyuqdu?

Hə, soyuğdu. İndi burda bizə çox istidi, amma orda gödəkcəsiz oturmaq mümkün deyil.

Adamları necə, olar da soyuqdu? Deyirlər iqlim xarakterlərə təsir edir...

Hər halda, bizim kimi isti deyillər. Bizim millət tamam başqadır...

O soyuqda nə qədər istiqanlı Azərbaycanlı yaşayır?

Əvvəllər çox az idi, hardasa 1000 nəfər civarında. Amma indi 15 min soydaşımız yaşayır.

O 15 min Azərbaycanlıdan nə qədəri sizin təşkilata üzvdür?

Hələlik onların 5 mini bizə üzvdür. Ancaq, təşkilatımıza marağ getdikcə artır. Bu baxımdan, sıralarımızın sayının artacağını düşünürəm.

Bu diyarda Azərbaycanlıların neçə təşkilatı var, yəni bu 15 min kontingent neçə diaspora təşkilatı arasında bölünüb?

Hazırda 3 təşkilat rəsmən fəaliyyət göstərir.

Onlarla kordinasiyanız necə qurulub, münasibətləriniz hansı səviyyədədir və ya ümumiyyətlə münasibətinz varmı?

Mütəmadi olaraq bir-birimizin tədbirlərində iştirak edirik.Onların cəmiyyətləri bizə nisbətən gənc hesab olunur. Bu baxımdan məsləhətlərimizi də əsirgəmirik.

Bu təşkilatlar istər Azərbaycanlıların hüquqlarının müdafiəsi, istərsə də ictimai-siyası proseslərə təsir baxımından hansı gücə malikdir?

Azərbaycanlıların hüquqlarının müdafiəsi bizim nizamnaməmizdə də təsbit olunub. Eyni zamanda mənəvi dəyərlərimizin, adət-ənənələrimizin də qorunması bizim prearitetlərimizdən biridir. Dağlıq Qarabağ həqiqətlərinin qeyri millətlərə çatdırılması, kompleks təbliğatın aparılması isə, əsas prinsipimiz hesab olunur.

Qarabağ dediniz ermənilər yadıma düşdü... Onların sizin yaşadığınız vilayətdə təsir imkanları, təşkilatlanma səviyyələri necədir ?

Əlbəttə, orda ermənilərin təşkilatları fəaliyyət göstərir. Amma inandırım sizi ki, bizim diaspora təşkilatları daha fəaldır. Başqa şəhərlərdə deyə bilmərəm, amma bizim diyarda Azərbaycanlıların təşkilatlanma səviyyəsi ermənilərdən daha üstün hesab olunur.

İrili-xırdalı konfliktiniz, qarşıdurmanız olurmu, ermənilərlə?

Primorsk diyarı çoxmillətli diyardır. Səhv etmirəmsə 150-dən artıq millətin nümayəndələri məskunlaşıb, bu ərazilərdə. Amma heç vaxt nəinki ermənilərlə bizim, hətta qeyri millətlərin də bir-biri ilə münaqişəsi, qarşıdurması baş verməyib. Əvvəla yerli hakimiyyət buna imkan verməz. İkincisi və ən maraqlısı budur ki, orda yerli əhali yoxdur, hamı gəlmə olduğundan, heç kim bir-birinə gəlmə kimi baxa bilmir. Hamının gəlmə olması birinin digərindən üstünlüyünü təmin etmir.

Belə başa düşdüm ki, millətlərarası intriqanın olmadığı bir yerdə yaşayırsız. Belə olan təqdirdə, ermənilərlə sağlam bir diskusiyanız olurmu ki, onlara yanlış ideyaların arxasıyca getdiklərini izah edəsiniz?

Ermənilərin təşkilat sədri ilə münasibətlərimiz var. Ancaq, bilirsiniz, onlar üzdə bir cür, arxada tamam başqa cür danışan millətdir. Üzdə deyirlər ki, Qarabağ problemi siyasətçilərin işidi. Bu konflikt süni şəkildə ortaya atılıb. Amma yenə də, təblğatlarından qalmırlar. Buna baxmayaraq, bəzi hallarda işğalla bağlı razılaşdıqları məqamlar da olur.

Niyə bizim Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarımız siyasi gücə çevrilə bilmir, problem nədədir?

Vaxtı ilə bilirsiz ki, Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) fəaliyyət göstərirdi. 2001-ci ildə yaradılmışdı, bu təşkilat. Bu mərkəzə çox böyük ümidlərimiz var idi. Biz elə düşünürdük ki, onlar yerlərdə pərakənda halda fəaliyyət göstərən xırda təşkilatları öz ətrafında birləşdirəcək və böyük bir gücə çevriləcək. Təəssüflər olsun ki, bu təşkilat özünü doğrulda bilmədi və sonu da sizə məlumdur... Bunun obyektiv və subyektiv səbəbləri var. Ən böyük xətalarından biri bu idi ki, onlar yuxarıdan aşağıya rəhbərlər təyin etməklə, aşağıların rəyini nəzərə almadılar. Onların təyinatları, əsasən şəxsin maddi imkanına hesablanırdı. Yəni yaxşı pulu varsa, məsələ həll olunmuş hesab edilirdi. Daha maraqlanmırdılar ki, görəsən bunun təşkilatçılıq qabiliyyəti, diaspora fəaliyyəti ilə bağlı anlayışı var ya yox... Nəticədə, təyin olunan həmin şəxslər bizim təşkilatların normal fəaliyyətinə maneəçilik törədirdilər. Məqsəd o idi ki, bizim təşkilatlar bağlansin.

Bu yaxınlarda Moskvada Rusiya Azərbaycanlıları İttifaqı təsis olundu və Fizuli Məmmədov sədr seçildi. Sizcə, bu ittifaq Rusiyadakı azərbaycanlıları bir yerə yığa biləcək iqtidarında olacaqmı?

Qətiyyən, onlar vahid gücə çevrilmək gücünə malik deyil, olacağını da gözləmirəm.

Təsis konfransında siz də yox idiniz. Dəvət etməmişdilər, yoxsa siz də imtina etdiniz?

Qəribəsi budur ki, mənə müraciət həmin tədbirdən sonra oldu. Bundan sonrakı toplantılarına dəvətli olduğumu bildirdilər. Mənsə ciddi yanaşmadım.  Mən Ümumrusiya Azərbaycanlıları Konqresindən sonra heç bir təşkilatla əlaqəli işləmirəm. Görülən işlərlə bağlı konkret olaraq Diaspora Komitəsinə hesabat verirəm.

Sizcə, yeni təsis olunan ittifaq Diaspora komitəsi ilə əlaqəli çalışmır?

Yox, mən hətta fikir verdim, təsis konfransında Komitədən heç bir nümayəndə iştirak etmirdi. Sanki gözləmə mövqeyində dayanıblar...

Hamının qəbul edəcəyi bir birliyin yaranmasını arzulayırsız. Yəhudilər, hətta ermənilər  bu mərhələni lap çoxdan keçiblər. Oturuşmuş, formalaşmış diaspor təşkilatları mövcuddur və effektiv fəaliyyət göstərirlər. Bizsə, hələ də arzulara vaxt itiririk. Sizcə əsas səbəb nədir?

Bizdə diaspor fəaliyyəti müstəqillik illərindən sora başlandı. Ancaq ermənilərin bu sahədə təcrübəsi daha əvvəllərə gedib çıxır. Yəhudilərinsə 1000 illik lobbiçilik ənənəsi var...

Müstəqilliyimizlə bağlı 30 ilə yaxın bir vaxt keçib. Nailiyyətlərlə bağlı sözügedən ölkələrlə müqayisənin doğru olmadığını hardasa başa düşmək olar. Amma bu 30 il ərzində heç olmasa formalaşıb qurtara bilməzdikmi?

Poblem biz azərbaycanlıların ortaq məxrəcə gələ bilməməyindədir...

Nədir o məxrəcə gələn yolu kəsən səbəblər?

Pərakəndəlik, mənəm-mənəmlik...

Belə bir fikir səslənir ki, diaspora təşkilstlarına ayrı-ayrı məmurlarımızdan dəstək verilir ki, bu da nəticədə birliyi mümkünsüz edir. Siz necə düşünürsüz, belə bir problem varmı?

Mən bu fikirlə razılaşmıram. Hesab edirəm ki, Rusiyada Azərbaycanlılara əsas problem yaradan, elə oradakı azərbaycanlıların özüdür. Təəssüf ki, bu belədir. Bu nə qədər davam edəcək, deyə bilmərəm. Bildiyim odur ki, çox pərakəndəyik

Sizcə, bizim bu pərakəndəlikdən, Rusiyanın siyasi dairələri öz mənafeləri üçün istifadə edirmi?

Əksinə, Rusiya maraqlıdır ki, bizim vahid təşkilatımız olsun. Vahid təşkilat olanda vəziyyətə nəzarət etmək, milli qarşıdurmalardan çəkindirmək daha asan olur. Rusiya çoxmillətli ölkə olduğudan, bu sahəyə çox həssas yanaşılır. Vahid ittifaqda təmsil olunan millətlərlə əlaqəli işləmək daha rahat olur.

Axı bəzi hallarda vahid güclər real təsir imkanlarına malik qüvvə kimi qorxulu da ola bilir. Məsələn, ermənilər bəzən Kremldə qıcıq yaradırlar. Rusiya KİV-də təsir imkanları olan ermənilər, Kremlin siyasətinə müəyyən mənada təsir edə bilirlər... Xüsusi ilə Azərbaycanlıların- türklərin belə bir gücə çevrilməsi rusların marağına uyğun olarmı?

Bizdə bu şeylərin baş verməsi üçün zaman lazımdı. Ermənilər bütün dünyaya səpələnərək çoxdandır ki, həmin ölkələrin ictimai-siyasi həyatına inteqrasiya ediblər. Orda doğulub, orada böuyüyüblər. Bizdə isə adicə Rusiyaya inteqrasiya prosesi başa çatmayıb. Böyük əksəriyyət heç bu ölkənin dilində normal danışa bilmir. Belə olan təqdirdə, nədən danışmaq olar? Diaspor təşkilatlarımızda təmsil olunanların əksəriyyəti bu vəziyyətdədir.  Belə olan vəziyyətdə hansı formada təsir imkanımız ola bilər ki? Ermənilərsə müəyyən dairələrlə güclü əlaqələrini artıq formalaşdırıblar. Məncə, bizim yaşda insanlarla erməniləri üstələmək imkanı çox zəifdir.

Deməli, hər şeyin kökündə elmsizlik, savadsızlıq, bazara meyillilik durur. Ermənilər gənclərin icra orqanlarına inteqrasiyasını çoxdan həll ediblər. Bu gün istənilən qurum və təşkilatlarda normal vəzifələrdə çalışan erməni gəncləri var. Bəs siz bu istiqamətdə nə iş görürsüz və ya ümumiyyətlə, görürsüzmü?

Azərbaycanlılar həmişə öz vətəninə bağlı bir millətdi. Əsasən öz vətənimizdə yaşamağa üstünlük vermişik. Ermənilərsə baxmayaraq ki, bizdən sayca qat-qat azdı, amma dünyanın hər yerinə səpələniblər. Təkcə Fransada 600 mindən çox erməni yaşayır. Onların əksəriyyəti o ölkədə doğulublar, orda böyüyüblər, çoxdan o cəmiyyətin bir parçasına çevriliblər. Bu baxımdan, əhatə dairələri də genişlənib. Bizimkilərsə adicə Rusiyaya işləmək, pul qazanmaq üçün gedirlər. Biz yaşadığımız ölkələrə ermənilərdən fəqli olaraq, müvəqqəti məskunlaşma, qazanc mənbəyi  kimi baxırıq...

Deyirsiz ki, sizin yaş dövrünü əhatə edən Azərbaycanlılarla ermənilərə effektiv təsir etmək imkanı zəifdi. Estafeti gənclərə verməyin tərəfdarısız. Bu məntiqlə, gəncləri bu prosesə hazırlayırsızmı?

Bu yaxınlarda Azərbaycan  Cümhiriyyətinin 100 illiyinə həsr olunan tədbirdə, gənclərin yeni təşkilatını elan etdik. Bu təşkilata cəlb olunan gənclərimizin böyük əksəriyyəti universitetlərdə təhsil alır. Ümumilikdə isə  bizim Rusiyada gənclər təşkilatımız var- AMOR. Bu təşkilata Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva rəhbərlik edir. Və hesab edirəm ki, butəşkilat çox böyük işlər görür. Bizim gənclər də bu təşkilatla çox sıx şəkildə əməkdaşlıq edirlər.

XaricdəYaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət komitəsinin keçmiş və hazırkı rəhbərliyi arasında hansı fərq var?

Biz əvvəlki rəhbərliyin fəaliyyətindən narazı idik və bunu zaman-zaman bəyan etmişik.

O narazılığı şərtləndirən amillər nədən ibarət idi?

Biz təşkilat olaraq 1994-cü ildən fəaliyyət göstəririk. Çox ciddi işlər görmüşük. 1999-cu ildən çap olunan “Azərbaycan” adlı qəzetimiz vasitəsi ilə vətənimizin həqiqətlərini işıqlandırırıq. Ancaq o vaxt Ümmrusiya Azəycanlıları Konqresi imkanlı şəxsləri yerli təşkilatlara rəhbər təyin edərək, orada fəaliyyət göstərən cəmiyyətlərlə mübarizəyə cəlb edirdilər. Onlar ilk gündən bizi sıxışdırmağa çalışırdılar. Təəssüflər olsun ki, nə qədər xəbərdarlıq olsa da, Komitənin keçmiş rəhbərliyi buna reaksiya vermirdi. Komitə qurultaylarına bizi dəvət etmirdi. Ancaq Konqresin təşkilatları bu tədbirlərdə aparıcı qüvvə idi. Peşəkarlar qalırdı kənarda, işi bilməyənlər at oynadırdı...

Bundan əlavə, Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti üçün hər ay 120 min dollar vəsait ayrılırdı. Bu, təkcə təşkilatda çalışanların məvacibi üçün nəzərdə tutulmuşdu. Amma inanın ki, ayrılan o vəsait əyalətlərdə fəaliyyət göstərən təşkilatların birinə belə gəlib çıxmırdı. Komitənin yeni rəhbəri Fuad Muradovla görüşümdə o, mənə dedi ki, “Ramiz müəllim, çox təəssüflər olsun ki, budan sora biz sizin təşkilata vəsait ayıra bilməyəcəyik”. Bunu eşidəndə, mən güldüm. Gülüşümün səbəbini soruşanda dedim ki, onsuz da indiyə qədər nəinki bizə, ümumilikdə əyalətlərdə fəaliyyət göstərən heç bir təşkilata pul verilmirdi.

Ramiz müəllim, ümumiyyətlə, dövlət diaspor təşkilatlarına niyə vəsait ayırmalıdır ki? Ermənistan daspor təşkilatlarına pul ayırır? Əksinə, bu təşkiltlar mütəmadi olaraq ölkələrinə maliyə yardımları edirlər. Bu nə məntiqdir ki?

Mən sizin fikrinizlə tam razıyam. Qətiyyən, dövlətdən ummaq lazım deyil. Hesab edirəm ki, ayrılan o vəsait Azərbaycanda sosial vəziyyəti normal olmayan təbəqələrə sərf olunsaydı, daha qiymətli olardı...

Sizcə, Füzuli Məmmədov rusiyadakı azərbaycanlıları ətrafında birləşdirə biləcək liderdi, yoxsa...

Mənim fikrimcə, o, bu missiyanı yerinə yetirə bilməyəcək. Füzuli Məmmədov bilirsiz özünü necə aparır?  Bir diaspor rəhbəri mənə dedi ki, o bizi uşaq hesab edir. Bizə konfet uzadır, deyir ki, al bunu, mən nə desəm sən də onu təkrar elə... İctimai təşkiltlar diqtə etməməlidir, sərbəst, könüllülük prinsipi ilə işləməlidir. Mənə elə gəlir ki, Füzuli Məmmədovun təşkilatı Ümumrusiya Azəbaycanlıları konqresindən fərqlənməyəcək. Bütün havanı özü çalacaq...

Bizim təşkilatlar bir-biri ilə mübarizədə olsunlar, sizə kimdən deyim, ermənilərdən. Onlar rusiyanın aparıcı televiziyalarına nüfuz edərək, Azərbaycan əleyhinə ciddi iş aparırlar. Biz niyə bu istiqamətdə düşünmürük?

Hələ bizdə bu işləri görə, təşkil edə bilən adamlar ya azdı, yada yoxdu...Rusiyada yaşayan insanlarımızın əksəriyyətində intellekt problemi var. Bizim kontingetin daha çox bazarlarda, kafelərdə nüfuzu var. Nə qədər acı olsa da, bunu etiraf etməliyik.

Yaratdığınız gənclər təşkilatında elələri varmı ki, sizin edə bilmədiyinizi, bizim arzuladıqlarımızı həyata keçirsin?

Onların arasında çox istedadlı, bacarıqlı, savadlı, kreativ düşüncəli gənclər var. Mən hesab edirəm ki, biz estafeti onlara verməliyik. Biz bunu nə qədər tez eləsək, bir o qədər işin xeyrinə olacaq.

Prezident lham Əliyev Dünya Azərbaycanlılarının 4-cü qurultayında belə bir fikir işlətdi ki, “Mən istəyirəm xaricdə yaşayan Azərbaycanlılar heç olmasa ildə bir dəfə vətənə gəlsinlər, ölkəyə sərmayə qoysunlar, iş yerləri açsınlar”. Sizcə, o tövsiyəyə nə qədər əməl olunur?

Rusiyada yaşayan iş adamlarında belə bir fikir formalaşıb ki, onlar gəlib Azərbaycanda nəyəsə nail ola bilməyəcəklər. Bunu əksəriyyət bürokratik əngəllərlə izah edir. Təziqlər nəticəsində müflisləşmə ehtimalından qorxanlar var. Baxmayaraq ki, prezidet dəfələrlə bildirib ki, heç kim iş adamlarına mane ola bilməz  və olmamalıdır. Amma iş adamları düşünür ki, məmurlar əngəllər yaratmağın yollarını necəsə tapırlar.

Səfirlik və Konsulluqlarla əlaqəniz, kordinasiyanız hansı səviyyədədir, hüquqlarınızı qoruya bilirlərmi?

Onların fəaliyyəti  müəyyən mənada  görünür. Xabarovsk şəhərində belə bir hadisə baş vermişdi: Ümumrusiya Azərbaycanlıları Konqresi yeni bağlanmışdı. Həmin ərəfədə yeni bir cəmiyyət yaradıldı. Və bu cəmiyyət Konqresin üzvləri tərəfindən ciddi müqavimətə rast gəldi. Günlərin bir günü, yeni cəmiyyət  Xocalı soyqrımı ilə əlaqədar tədbir təşkil etmişdi.Tədbirə 250 nəfərə qədər azərbaycanlı qatılmışdı. Hətta iştirakçılar övladlarını da gətirmişdi ki, təbliğatın qaydaları ilə tanış etsinlər. Tədbirin qızğın vaxtında, qəflətən OMON-lar  zala daxil olaraq, hamını döşəməyə uzatdılar. Bu vəziyyət düz  4 saatdan  çox davam etdi. Ağzıüstə uzanan uşaq atasından soruşur ki, “bizi buna görə gətirmişdiz bura?”. Dərhal səfirliklə əlaqə yaradıldı. Və səfirlik də əlaqədar təşkilatları vəziyyət barədə məlumatlandırdı. Nəticədə OMON-un müdaxiləsinə hüquqi qiymət verildi.

Sizcə, OMON-un müdaxiləsi ilə bağlı sifarişçilər kimlər idi?

Yeni yaranan cəmiyyətin rəhbərliyi dedi ki, bunu Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvləri təşkil ediblər. OMON-a məlumat veriblər ki, guya, tədbirdən sonra azərbaycanılar ermənilərlə qarşıdurma yaradacaqlar. Bu baxımdan OMON-un hərəkətini qınamaq o qədər də ədalətli görünmür...

OMON-un tədbirə müdaxiləsinin VİDEO görüntüsünü təqdim edirik:

Eldəniz Vəliyev

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər