{category-title}
Gündəm / Kriminal
3.08.2019, 12:24
Balakəndə özünü güllələyən şəxsin qolu amputasiya edilib
Balakən sakini ehtiyasızlıqdan özünü güllələyib.
APA-nın məlumatına görə, Kortala kənd sakini, 1963-cü il təvəllüdlü Məhəmməd Bayramov özünə məxsus tüfənglə ehtiyatsız rəftar etməsi səbəbindən odlu silah əlində açılıb. Nəticədə qolundan yaralanan şəxs xəstəxanaya çatdırılıb və sol qolu amputasiya edilib.
Faktla bağlı Baləkən rayon Polis Şöbəsində araşdırma aparılır.