{category-title}
Gündəm / Dünya
2.08.2019, 10:33
Prezident DTX rəisini işdən çıxardı
Ukrayna Prezidenti Vladimir Zelenski Zaporojye vilayətinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Xilkonu vəzifəsindən azad edib.
PressXeber.info teleqraf.com-a istinadən bildirir ki, bu barədə dövlət başçısının saytı xəbər yayıb.
A.Xilko 2017-ci ilin fevralından bu vəzifədə çalışıb.
Qeyd edək ki, bu qərara qədər V.Zelenski Odessa, Lvov, Zakarpatya, Çernoviçko, Donetsk və Luqansk əyalətlərinin də Dövlət Təhlükəsizlik Xidməti rəislərini işdən azad edib.