{category-title}

"Ermənilər Şuşa məscidinin farslara aidliyi barədə avantürist addım atırlar”

 Ermənilərin Azərbaycana qarşı apardığı işğalçı siyasət mədəniyyət sahəsində də özünü göstərir.

Belə ki, ermənilər işğal altında saxladıqları Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiyası adı ilə məscidin görünüşünü dəyişirlər.

İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın “İDEA” fondunun maliyyə yardımı ilə aparılan işlər məscidin xarici görünüşünü tamamilə dəyişib.

Modern.az saytı məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Komitənin sədr müavini Gündüz İsmayılov saytımıza açıqlamasında bildirib ki, “Yuxarı Gövhər ağa” məscidinin tarixinin ermənilər tərəfindən saxtalaşdırılması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hələ xeyli öncə aidiyyəti beynəlxalq təşkilatlara etiraz məktubu göndərib və bu məsələni həmişə diqqət mərkəzində saxlayıb.

“Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Biz beynəlxalq ictimaiyyətin Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bu məsələyə biganə qalmasını mümkünsüz sayırıq. Çoxlarına artıq bəllidir ki, işğala məruz qalan ölkə Azərbaycandır. Münaqişə 30 ildir davam edir, ərazisinin 20 faizi işğal altındadır, bir milyondan çox Azərbaycan vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətindədir. Belə bir vəziyyətdə beynəlxalq ictimaiyyətin işğalçı Ermənistan hakimiyyətinin tarixi saxtalaşdırmaq əməllərinin qarşısının alınmasında ədalətli mövqe nümayiş etdirəcəyinə inanır, “Yuxarı Gövhər ağa” məscidinin təmir adı altında tarixi əhəmiyyətini göstərən yazı və lövhələrin sökülərək erməni dilində yazı və lövhə ilə əvəzlənməsinin dərhal dayandırılmasını, Şuşa və Dağlıq Qarabağın digər yerlərində Azərbaycanın tarixi abidələrinə qarşı vandalizmə son qoyulmasını tələb edirik.

Sədr müavini bildirib ki, 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin Siyahısına salınan Şuşa tarixi şəhərindəki “Yuxarı Gövhər ağa” məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhə ermənilər tərəfindən sökülüb, əvəzində erməni dilində “Qədim tarixi abidə, Yuxarı Məscid 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə asılıb.

“Əvvəlki Azərbaycan dilində üzərində yazı olan lövhədə qeyd olunmuş “Gövhər ağa” sözləri məqsədli şəkildə yeni asılmış lövhədə qeyd edilməyib. Ermənilər bu məscidin farslara aidliyi barədə avantürist addım atmaqdadırlar. Çox təəssüf ki, bu erməni saxtakarlığına qonşu İranda da dəstək verənlər tapılır. Bu tarixi abidənin də Azərbaycan xalqına aid olmadığı iddiaları ortaya çıxır. Bundan bir neçə il əvvəl İrəvan şəhərində 1990-cı ildə ermənilər tərəfindən yandırılmış “Göy Məscid” İran İslam Respublikası tərəfindən təmir edildikdən sonra “Fars məscidi” olaraq qələmə verilib. Bir daha bildiririk ki, bu cür hallar yol verilməzdir və beynəlxalq ictimaiyyət öz mövqeyini bəyan etməlidir.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub”.
 

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər